Ölkə futbolu
Emin Mahmudov “Zirə” ilə oyunu buraxa bilər
Futbol üzrə Azərbaycan millisinin düşərgəsindən zədə…
Futbol üzrə Azərbaycan millisinin düşərgəsindən zədəli qayıdan “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun durumuna aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, futbolçunun sağ ayağının gətirici əzələsinin sümüyə birləşən hissəsində birinci dərəcəli gərilmə var. Bir neçə gün müalicə olunacaq yarımmüdafiəçinin sentyabrın 22-də "Zirə”yə qarşı oynayıb-oynamayacağı sual altındadı.
Qeyd edək ki, Emin Mahmudov məhz bu səbəbdən dünən "Keşlə” ilə oyunu buraxıb.