Dünya futbolu
“Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı
Futbol üzrə İngiltərə çempionatında 6-cı turun oyunl…
Futbol üzrə İngiltərə çempionatında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Arsenal” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Everton”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu görüşdən qalib ayrılıb – 2:0.
Qarşılaşmada hesabı 56-cı dəqiqədə Aleksandr Lakasett açıb. Bundan cəmi 3 dəqiqə sonra isə Pyer-Emerik Obameyanq matçın yekun nəticəsini müəyyənləşdirən qola imza atıb.
“Arsenal” 6 oyundan sonra 12 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
“Qarabağ” “Arsenal”a qarşı ilk oyununu oktyabrın 4-də Bakıda, cavab görüşünü isə dekabrın 13-də səfərdə keçirəcək.