Dünya futbolu
“Qarabağ”ın rəqibindən çətin qələbə
Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun oyunları ke&c…
Futbol üzrə Ukrayna Premyer Liqasında 9-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Vorskla” da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Zarya” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Hesabı 65-ci dəqiqədə Pavel Rebyonok açıb. Bundan 5 dəqiqə sonra qonaqlar hesaba tarazlıq gətirsələr də, 90-cı dəqiqədə rəqib futbolçunun vurduğu avtoqol “Vorskla”ya qələbə gətirib.
Ağdam klubunun rəqibi 9 oyundan sonra 15 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
“Qarabağ” “Vorskla”ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda, cavab görüşünü isə noyabrın 8-də səfərdə keçirəcək.