Dünya futbolu
Nazarovun komandası səfərdə sevindi
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları…
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Duysburq” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Nazarov bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Ersgebirge” hazırda 7 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.