Dünya futbolu
“Arsenal” Bakı səfəri öncəsi kubokda mərhələ adladı
Futbol üzrə İngiltərə Liqa Kubokunda 3-cü mərhələnin …
Futbol üzrə İngiltərə Liqa Kubokunda 3-cü mərhələnin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Arsenal” da bu turnirdə növbəti matçına çıxıb.
London təmsilçisi Çempionşipdə mübarizə aparan “Brentford”la qarşılaşıb. Görüş Unai Emerinin yetirmələrinin inamlı qələbəsi ilə başa çatıb – 3:1.
“Arsenal”ın heyətində Deni Uelbek dubla imza atıb (5 və 37-ci dəqiqələrdə). “Topçular”ın sonuncu qolunu isə 90-cı dəqiqədə Aleksandr Lakaset vurub.
Bununla da “Arsenal” Bakı səfəri öncəsi Liqa Kubokunda növbəti mərhələyə adlamağın sevincini yaşayıb.
Xatırladaq ki, “Arsenal” oktyabrın 4-də Bakı Olimpiya Stadionunda “Qarabağ”ın qonağı olacaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi