Ölkə futbolu
“Neftçi” – Emeqara üçün əsas rəqib
"Çalışırıq ki, bütün oyunlarda qalib gələk…
"Çalışırıq ki, bütün oyunlarda qalib gələk. Əgər mən hücumçuyamsa, təbii ki, işim qol vurmaqdır. Bu oyun bizim üçün daha ağır oldu. "Qəbələ" ilə oyunu müqayisə etsək, "Zirə" bizə daha çətin anlar yaşatdı. Bu oyun daha çətin keçdi" – bu sözləri "Qarabağ"ın hücumçusu İnnosent Emeqara Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış matçda "Zirə"yə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında deyib.
Dubla imza atan isveçrəli forvard Avropa Liqasında "Arsenal"la oyunda qolların ardını gətirməyə çalışacağını deyib: "Təbii ki, istəyirəm ki, həmin oyunda da qollar vurum. Niyə də olmasın?! Fərqli rəqiblər və motivasiyalar olacaq. Bundan əlavə, daha yaxşı oynamağa məcburuq".
Emeqara Premyer Liqada çempionluq uğrunda özlərinə "Neftçi"ni daha güclü rəqib rəqib hesab edir: "Çempionluq yolunda əsas rəqib “Neftçi"ni hesab edirəm. Bizimlə eyni xala malikdirlər. Bizim oyun təqvimimiz daha çətindir. "Neftçi" də bundan istifadə etməyə çalışacaq. "Qəbələ"? Məncə, əsas rəqib "Neftçi" görünür".