Ölkə futbolu
“Yəqin nəsə çatışmır”
"Əsas nəticə əldə etməkdi. Qalib gəlmək, ən azı meydan?…
"Əsas nəticə əldə etməkdi. Qalib gəlmək, ən azı meydanı 1 xalla tərk etmək istəyirdik. Təəssüf ki, belə alındı” – bunu "Zirə”nin yarımmüdafiəçisi Mirsahib Abbasov Topaz Premyer Liqanın I turundan təxirə salınmış oyunda "Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərə açıqlamasında deyib.
Komandasının hər iki qoluna imza atan futbolçu ikinci hissədə meydana çıxanda fərqlənmək barədə düşündüyünü söyləyib: "İlk qolda topu qəbul edib bir az irəlilədim və qapını görən kimi zərbə vurdum. Düşünürəm ki, pis alınmadı. İkinci qolda isə hazır vəziyyətdə dayanmışdım. Bilirdim ki, komanda yoldaşım ötürmə verəcək. Həmin vaxt topu hara göndərəcəyimi bilirdim. İlk qolda isə sadəcə, qapıya vurdum, qol oldu”.
"Qara zolağ"a düşdüklərini bildirən Mirsahib qələbənin komandanı vəziyyətdən çıxaracağına inanır: "Bir çox qarşılaşmalarda qələbəyə, ən pis halda 1 xala layiq oyun göstərmişik. Ancaq uduzmuşuq. Yəqin, nəsə çatışmır. Məncə, bugünkü matçın ədalətli nəticəsi heç-heçə olmalıydı. Növbəti turda "Sumqayıt”la qarşılaşacağıq. Həmin oyunda qələbə qazanmağa çalışacağıq. Məncə, qalib gəlsək, qara zolaqdan çıxa bilərik” (futbol11.az).
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov