Dünya futbolu
Mançini "Qalatasaray"dan gedə bilər
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançi…
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini klubdan ayrıla bilər. Futbolinfo.az xəbər verir ki, italyan mütəxəssisin "Cim-Bom"la imzaladığı müqavilədə İtaliya millisindən təklif gələcəyi zaman komandadan getməsinə razılıq veriləcəyi ilə bağlı maddə var.
İtaliya yığmasının hazırkı çalışdırıcısı Çezare Prandellinin yığmadan ayrılacağı təqdirdə isə namizədlər arasında Mançinin adı ön sıralarda gəlir. İtaliya Futbol Federasiyasının (İFF) prezidenti Qiankarlo Abatenin son açıqlaması “Qalatasaray” rəhbərliyini təşvişə salıb. O, Prandellini gedəcəyi təqdirdə Mançininin baş məşqçi postuna ən real namizəd olduğunu bildirib.
Qeyd edək ki, Mançinidən öncəki çalışdırıcı Fatih Terimin gedişində də yığma komandadan gələn təklif həlledici rol oynamışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…