Ölkə futbolu
“Qarabağ” “Arsenal”a böyük hesabla uduzdu
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində…
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam klubu doğma meydanda İngiltərə nəhəngi “Arsenal”ı qəbul edib.
“Qarabağ” ilk turda səfərdə Portuqaliyanın “Sportinq” klubuna 0:2 hesabıyla uduzmuşdu. “Arsenal” isə doğma meydanda Ukrayna “Vorskla”ya 4:2 hesabıyla qalib gəlmişdi.
Ağdam təmsilçisi güclü rəqiblə qarşılaşmada sürpriz edə bilməyib. Komandamız bu matçda 3 cavabsız qolla uduzub.
Qrupun digər oyununda bu gün “Vorskla” “Sportinq”i qəbul edib. Bu qarşılaşma meydan sahibləri uzun müddət hesabda öndə olsalar da, sonra Portuqaliya təmsilçisi əzmkar qələbəyə sevinib.
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
E qrupu
4 oktyabr
Qarabağ – Arsenal 0:3
Qol: S.Papastatopulos, 4. E.S.Rou, 53. M.Genduzi, 80.
Hakimlər: Davide Massa, Filippo Meli, Alessandro Kostanso, Daniele Doveri, Mixael Fabbri, Fabiano Preti.
Bakı Olimpiya Stadionu.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Arsenal: 19. Bernd Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Stefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal (k), 23. Denni Uelbek, 29. Matteo Genduzi, 31. Sead Kolaşinats, 55. Emil Smit-Rou.
Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Ektor Belyerin, 9. Aleksandr Lakazett, 10. Məsut Özil, 11. Lukas Torreyra, 20. Şkodran Mustafi, 34. Qranit Caka.
Baş məşqçi: Unai Emeri.
Vorskla – Sportinq 1:2
Qol: Vladislav Kulaç, 10 – Fredi Montero, 90. Covane Kabral, 90+3.
Arsenal – 6, Sportinq – 6, Vorskla – 0, Qarabağ – 0.