Bizi izləyin

Müsahibə

“Hələ ki, Azərbaycan futbolunun özünü çiləyirlər”

"Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir S&uuml…

blank

"Neftçi" klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov qol.az-a müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqada birinci dövrənin yekunlarını dəyərləndirən mütəxəssis milli komanda ilə bağlı sualları da cavablandırıb:

– Ötən həftə çempionatda birinci dövrə başa çatdı. "Qarabağ" və "Keşlə"ni çıxmaq şərtilə digər komandalar bu dövrədə bütün oyunlarını keçiriblər. İlk dövrədən sonra ümumi mənzərəni necə xarakterizə etmək olar? Sizcə, komandaların səviyyəsi, çıxışı ilə turnir cədvəlindəki mövqeləri düz mütənasibdir?
– Çempionatın ümumi səviyyəsi bəllidir. Təəssüf ki, ildən-ilə tənəzzül davam etməkdədir. İlk dövrə sona çatıb. 2-3 klubu çıxmaq şərtilə digərləri eyni səviyyədədirlər. Ona görə hər tur fərqli çıxışlar olur. Artıq komandalara müəyyən qiymət vermək olar. "Qarabağ" sabit çıxışını davam etdirir. "Neftçi"nin, nəhayət, 3-4 ildən sonra turnir cədvəlinə başçılıq etməsi sevindiricidir. Ən acınacaqlı "Qəbələ" kimi iddialı, bütün şəraiti olan klubun vəziyyətidir. "Zirə"nin zəif çıxışı, məşqçi dəyişikliyini nəzərə almasaq, digər klublar öz durumlarına uyğun yerdədirlər. Debütant "Sabah"ı da yaxşı mənada qeyd etmək olar. Ümumilikdə isə boş tribunalar fonunda çempionatın ümumi mənzərəsi ürəkaçan deyil.

– Əvvəlki illərlə müqayisədə Premyer Liqada nə kimi müsbət və mənfi dəyişikliklər müşahidə olunur?
– Son illər olduğu kimi 8 komandalı açıq "Bakı çempionatı"dır. Heç bir müsbət dəyişiklik baş verməyib. 90 faiz görüşlər aşağı səviyyədədir. Çox vaxt oyunlardakı mübarizəni ustalıq səviyyəsi ilə səhv salırlar. Mübarizə məhəllə yarışlarında da olur, əsas keyfiyyətdir. O da ki, demək olar, yoxdur.

– Sizcə, bu mövsüm çempionluq yarışı "Neftçi" və "Qarabağ" arasında gedəcək, yoxsa "Qəbələ" də özünə gəlib, onlara qoşula biləcək?
– Əsas mübarizə "Neftçi" və "Qarabağ" arasında olacaq. İndiki duruma uyğun "Qəbələ" nəinki çempionluğa, belə gedişlə dağılmağa doğru "irəliləyir". Baxmayaraq ki, komandanın heyəti zəif, rəqabətsiz birincilik üçün çempionluq uğrunda oynamağa yetərlidir.

– "Qəbələ"nin hazırkı durumu təəssüf doğurur. Çünki Premyer Liqada qalan yeganə bölgə klubudur. Bu komandanın da iddiasını itirməsi Azərbaycan futbolu üçün nə kimi fəsadlara yol aça bilər?
– Çox mənfi haldır. Qeyd etdiyim kimi, infrastruktur, şərait, heyət liderlik uğrunda çıxış etməyə imkan verir. Hər şeyi maliyyənin zəifləməsinə bağlamaq olmaz. Son 3-4 ildə "Neftçi" nağılları buna əyani sübutdur. Flaqmanın nə büdcəsi artıb, nə də  "Qəbələ"dən güclü heyəti var. Əksinə, banka borc ödəməklə məşğuldurlar. Yeni rəhbərlik, məşqçi, futbolçulara son illər obyektiv tənqidlərimizin haqlı olduğunu sübut etdiklərinə görə təşəkkür düşür. Bəhanələr gətirmək yox, çalışmaq lazımdır. Əvvəlki illər kimi güclü çempionat deyil, 6-7 klub liderliyə oynamır. Digər tərəfdən çempionatda cəmi iki legioner məşqçi var. Yerlilər verilən şansdan faydalanmağı, özlərini göstərməyi bacarmalıdırlar. Böyük futbol elmdir. Baş məşqçilər özlərini göstərməlidirlər. Təbii, klub rəhbəliyi də kənarda qalmamalıdır. Futbol itirə-itirə gedir, "Qəbələ"ni də itirsək, faciəyə doğru bir addım da atılmış olacaq.

– Bir az da milli komanda haqda danışaq. 2 gün öncə Qurban Qurbanov yığmanın heyətini açıqladı. Premyer Liqada elə futbolçu varmı ki, millidə oynamağa layiqdir, amma dəvət almayıb? Yoxsa elə ən ideal seçim budur?
– Millinin heyətindən çox "niyə keyfiyyətli futbolçular çatışmır" sualı müzakirə edilsə, daha doğru olar. İslandiyanın ümumi əhalisinin, demək olar, yarısı qədər futbolçu qeydiyyata alınıb. 140 min futbolçudan milliyə oyunçu tapılmır. Keyfiyyətli futbolçular olsaydı, indikilərin 60-70 faizi milliyə yaxın düşə bilməzdilər. Heç kim ağacın kökündən danışmaq istəmir, hamı qol-budaq müzakirə edir. Barlı ağac yoxdursa, meyvələri də cır olacaq. İspaniyadan milyonlar xərcləyib gətirilən İsrafilov da "cır" çıxdı. Berlin "məktəbi"ndən də heç kim yetişmədi. 10-12 il öncə "Top festivalı"nda top çiləyənlərin də artıq 20-25 yaşı var. Hələ ki, Azərbaycan futbolunun özünü çiləyirlər.

– Millinin qarşıda iki vacibi oyunu var: əvvəlcə Farer adaları ilə səfərdə, ardınca isə Malta ilə evdə üz-üzə gələcəklər. Bu oyunlardan gözləntiləriniz nədir və şanslarımızı necə dəyərləndirirsiniz?
– Durum nə qədər acınacaqlı olsa da, rəqiblərə uyğun qələbələr, nəticələr qazanılmalıdır. Problemlərdən vaxtında danışılmadı, millinin məşqçilər korpusu yükü öz üzərlərinə götürüblər. Strateji olaraq gec ola bilər. Artıq gecikilir. Qrupda ilk oyunlardan sonra kritik durum yaranıb. Bu iki görüş millinin Millətlər Liqasındakı taleyini həll edəcək. Rəqiblərin gücünü nəzərə alsaq, hər iki matçda qələbə qazanmaq mümkündür. Əsasən ilk oyunda psixoloji təzyiq çox olacaq. Bunu aşmaqla yanaşı, taktiki planda  rəqibi 100 faiz üstələmək lazımdır. Tək milli adına deyil, Qurban Qurbanova bu görüşlərdən qələbə ilə çıxmağı arzu edirəm.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Əvəzedicilər2024-04-16 17:16

Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-16 17:02

Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”

blank
Dünya futbolu2024-04-16 16:45

Belçikalı futbolçu üçün 2024-cü il erkən bitdi

blank
Digər idman növləri2024-04-16 16:31

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

blank
Ölkə futbolu2024-04-16 16:14

Rüfət ümidlidir: “Hər şeyin itirildiyini düşünmürəm”

blank
Digər idman növləri2024-04-16 16:00

Olimpiya məşəli alovlandırıldı

blank
Digər idman növləri2024-04-16 15:45

Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Digər idman növləri2024-04-16 15:31

Boston marafonunda sensasiya olmadı

blank
Premyer-liqa2024-04-16 15:14

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-04-16 14:58

Avropa çempionlarımız Vətənə qayıdıb

blank
Milli komanda2024-04-16 14:47

UEFA AFFA-nı cərimələdi

blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Digər idman növləri2024-04-16 13:01

Makron Olimpiada üçün seçim edir

blank
Digər idman növləri2024-04-16 12:44

Sinner Madriddə oynayacağını təsdiq etdi

blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm