Dünya futbolu
“Milan”a qol vuran futbolçu tarixə düşdü
“Kyevo” klubunun futbolçusu Serco Pellisye İtaliya…
“Kyevo” klubunun futbolçusu Serco Pellisye İtaliya A Seriyasının tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, 39 yaşlı futbolçu çempionatın 8-ci turunda “Milan”a qarşı keçirilən oyunda fərqlənərək, A Seriyasında qol vuran ən yaşlı 6-cı futbolçu olub. Bu barədə İtaliyanın “Football İtalia” nəşri məlumat yayıb. Xəbərdə 39 yaşlı futbolçunun İtaliyada keçirdiyi 16 mövsümdə 109-cu qoluna imza atdığı qeyd olunub.
Pellisye “Milan”la matçda fərqlənərək, A Seriyası tarixində qol vuran ən yaşlı futbolçular sırasına daxil olub. O, bu siyahıda Françesko Totti (39, “Roma”), Paolo Maldini (39, “Milan”), Pietro Vorxovod (40, “Piaçentsa”) və A Seriyası tarixinin ən çox qol vuran futbolçusu olan Silvio Piolanı (40, “Novara”) izləyir.
A Seriyası tarixində qol vuran ən yaşlı futbolçu isə Alessandro Kostakurtadır. İtaliyalı futbolçu 2007-ci ildə “Milan”nın heyətində “Udineze” ilə qarşılaşmada fərqlənən zaman 41 yaşı var idi.
"Milan" – "Kyevo" matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…