Milli komanda
Farer adaları – Azərbaycan matçının hakimi dəyişdirildi
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının …
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasının 3-cü turu çərçivəsində Farer adalarına qarşı keçirəcəyi səfər oyununun hakim təyinatlarında dəyişiklik edilib.
Futbolinfo.az xəbər verir ki, əlavə köməkçi hakimlərdən biri – Vladislav Bezborodovu Sergey Lapoçkin əvəzləyib. Bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.
Maraqlıdı ki, AFFA-nın rəsmi saytında bu oyunun hakim təyinatları ilə bağlı xəbərdə də Bezborodovun adı göstərilib.
Qeyd edək ki, oktyabrın 11-də Torshavn şəhərindəki “Torsvollur” stadionunda baş tutacaq görüşü Aleksey Yeskovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Baş hakim: Aleksey Yeskov
Baş hakimin köməkçiləri: Dmitri Mosyakin, Anton Averianov
Dördüncü hakim: Valeri Dançenko
Əlavə köməkçi hakimlər: Sergey Lapoçkin, Mixail Vilkov (Hamısı Rusiya).
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…