Ölkə futbolu
Azərbaycan təmsilçisi son oyunda da uduzdu
Azərbaycanın “Uğur” komandası UEFA Region Kubokunda so…
Azərbaycanın “Uğur” komandası UEFA Region Kubokunda sonuncu oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, qitə miqyaslı yarışa AFFA-nın təşkil etdiyi Region Liqasının qalibi kimi qatılan Sumqayıt təmsilçisi qrup mərhələsinin son turunda Finlandiyanın “Vest Distrikt Team” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma “Uğur”un 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Azərbaycan təmsilçisinin yeganə qolunu Ümid Paşayev vurub. Bu nəticədən sonra Qəzənfər Abbasovun baş məşqçi olduğu kollektiv qrupu xalsız başa vurub.
Qeyd edək ki, “Uğur” 1-ci turda Ukrayna “Lvov”una 0:4, 2-ci turda isə İspaniya “Kastilya”sına 0:2 hesabı ilə uduzmuşdu.