Ölkə futbolu
“Neftçi” “Qəbələ” ilə oyun üçün hazırlığa başladı
“Neftçi” məşqləri bərpa edib.
Futbolin…
“Neftçi” məşqləri bərpa edib.
Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının 7-ci turunda "Sabah” üzərində qələbədən (2:0) sonra üç günlük fasiləyə buraxılan komanda bu gün bazasında məşqə çıxıb.
Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.
Xatırladaq ki, "Neftçi” Topaz Premyer Liqasında növbəti oyununu oktyabrın 20-də keçirəcək. Komanda həmin gün 8-ci tur çərçivəsində "Qəbələ”nin qonağı olacaq.