Bizi izləyin

Ölkə futbolu

Strateji qələbə

Rəqibin kimliyindən asılı olmayaraq qələbə hər zaman qələbə…

blank

Rəqibin kimliyindən asılı olmayaraq qələbə hər zaman qələbədir. Psixoloji gərginlikdə qazanılan böyükhesablı qələbə isə daha önəmlidir. Bununla futbolumuz düzəldimi, düzələcəkmi?!

Görüşlə bağlı oyunu geniş təhlil də etmək olar. Azərbaycan futbolunun dərdinin Farer adaları üzərində qələbə olmadığı üçün bir cümlə yetər… Bəzi futbolçuların fərdi səhvlərini çıxmaq şərtilə komanda matça psixoloji, fiziki, taktiki olaraq yaxşı hazırlanmışdı. İndiki məqamda əsas üç xalın qazanılması idi…

Qələbənin mahiyyəti daha geniş, daha böyükdür. Qurban Qurbanovla yanaşı Azərbaycan futbolunu istəyən, inanan yerli mütəxəssislərin, jurnalistlərin, azarkeşlərin strateji qələbəsidir.

Görüş soyuq, dumanlı, yağışlı adalarda tək turnir cədvəli baxımdan önəm daşımırdı. Futbolda cərəyan edən soyuq müharibədən soyuq başla çıxılmalı idi. Baş məşqçi böyüdüyü Zaqatalada bənzər hava şəraitini çox görüb. Futbol havası nə qədər qızışdırılsa da, uzaq adalarda odlar yurdu Azərbaycanın istisi, günəşi 90 dəqiqədə üç dəfə qatı buludlar arasından parladı. İsti futbol havamızı istəməyənlər çox olsa da belə…

Zaqataladan Bakıya ən qısa yol Şəkidən, Qəbələdən, Şamaxıdan keçir. Yol boyu füsunkar təbiət göz oxşayır. Təbiətin gözəlliyi fonunda ətrafda bulaqları qurumuş, şoranlıq torpağa bənzəyən barsız futbolumuz görünür. Tək Qəbələdə futbol meydanları ümid verir. Onlar da digər bölgələrimiz kimi futbol RLS-lərinin təsirindən, şualarından yandırılıb külə döndərilməsə…

Şəkidə tarixi deyim var: "Gələrsən – görərsən"!

Yolboyu dağlardan aşağı endikcə, aşırımları keçdikcə, Bakıya yaxınlaşdıqca futbolun "gələrsən – görərsən"ini Abşeronda görürsən. Futbolun "boz qalası" paytaxta sığınıb. Daha doğrusu sürüklənib, sığdırılıb…

Azərbaycan futbolunda uğur qazananlar üçün keçilməz "qala"ya salınmış futbol aşırımlarını keçmək gərəkdir. "Qala"dakıların boz kardinallarına, vəzirlərinə futbol maraqlı deyil, yeyib-içib feyziyab olmaqdan ötrü Avropadan dəvət olunan müsyo jordanlar sərfəlidir. Bəzi yerlilər onlara ancaq qulluqlarında durub quyruq bulamaq və onları əcnəbilərə fərsizlər yığınağı kimi göstərib deyib-gülmək üçün lazımdır. 

Azərbaycan futbolunda sözünü meydanda deyə bilənlər istənilən yolla məhv edilməlidir. Yerli futbol sərkərdələri, yetişən, yetişmiş cəngavərləri olmamalıdır.

Dünənki qələbə 50 minlik əhalisi olan adalar üzərində deyildi. Hər vurulan qol xalqımızı, futbolumuzu aşağılamaq istəyən, əcnəbi sevgisindən alışıb yanan boz "qala"da "sapı özümüzdən olan baltalar"ın qol-budağını kəsirdi, qırırdı… 

Azərbaycan futbolu Bakıya "sığınıb". Milli evsiz-eşiksiz kasıblar kimi Mərdəkandan, Suraxanıdan Bayıla qədər uzanan yollarda qalıb. Hava limanından şəhərə gələrkən Farer adalarının əhalisini tribunalarına yığa biləcək nəhəng stadiona bir ildir həsrətlə baxır. "Kvartirant"lıq düzəlsə də belə BOS-n öz bossları var. Yaşıl meydanda bacarmasalar da, ətrafda hər addım "podkat"lar işə düşür…

Milli xalqındır, hər birimizindir. Acınacaqlı, bərbad durumda, 10 milyonun 8 komandalı "Bakı birinciliyi"ndən formalaşan millinin qələbəsi bir daha Azərbaycan futbolunun potensialının olmasını göstərir. 

Futbol əsl Azərbaycan qalasına çevrilsə bütün Avropaya "gələrsən-görərsən" deyə bilərik. Bunun üçün Balakəndən, Naxçıvandan, Lənkərandan, Qusardan Bakıya öz bacarıqlı sərkərdələrimiz, cəngavərlərimizlə birgə günəşli futbol işığı saçmalıdır.

Tanrı istədiyi bəndələri sınaqlardan keçirib mükafatlandırır. Yad adada da top qapımızdan keçmirdi, əksinə, hər hücumumuz qolla nəticələnirdi. Yaradan da bu qələbəni istəyirdi, doğru futbol yolunun başlanğıc istiqamətini göstərirdi. Azərbaycan futbolunun bozarmış boz "qala" cəlladlarından yaxa qurtarılması üçün…

Qalır əməli addımların atılması, günəşli, əsl futbol sabahlarının təməlinin qoyulması…

Tahir Süleymanov

Reklam

Reklam


blank
AÇ-20242024-05-21 17:53

Portuqaliyanın AÇ-2024 üçün yekun heyəti bəlli oldu

blank
Digər idman növləri2024-05-21 17:34

Səudiyyə Ərəbistanı qadın tennisçilərin də tərəfdaşı oldu

blank
Dünya futbolu2024-05-21 17:19

Məşhur futbolçu karyerasını başa vurur

blank
Digər idman növləri2024-05-21 17:04

Cüdoçumuz DÇ-də ilk sınağındaca uduzdu

blank
Digər idman növləri2024-05-21 16:50

“Ümid edirəm ki, Parisdə də yaxşı nəticələr əldə edəcəyik”

blank
Dünya futbolu2024-05-21 16:32

Tuhelin əvəzinə daha bir namizəd

blank
Digər idman növləri2024-05-21 16:15

Məhsuldarlığa görə MBA 1-ci, Avroliqa 9-cu oldu

blank
Ölkə futbolu2024-05-21 16:00

“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov

blank
Digər idman növləri2024-05-21 15:40

Azərbaycan tennisçiləri Avropa birinciliyinə qatılacaqlar

blank
Digər idman növləri2024-05-21 15:21

Yığmamız Mərkəzi Asiyanın Açıq Çempionatında 4-cü oldu

blank
Dünya futbolu2024-05-21 15:04

“Sevilya” məşqçisini dəyişəcək

blank
Dünya futbolu2024-05-21 14:49

Emeri İngiltərədə ilin məşqçisi seçildi

blank
Milli komanda2024-05-21 14:35

Millimizin Albaniya və Qazaxıstanla oyunlarına təyinatlar açıqlandı

blank
Dünya futbolu2024-05-21 14:17

Potter yenidən “Brayton”da

blank
Ölkə futbolu2024-05-21 14:00

“Bundan sonra iki final oyunumuz var”

blank
Digər idman növləri2024-05-21 13:43

Azərbaycanın daha bir paraatleti Yaponiyada dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-21 13:28

Əvəzedicilərin mükafalandırma mərasimi keçiriləcək

blank
Digər idman növləri2024-05-21 13:14

Kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürür

blank
Dünya futbolu2024-05-21 13:00

“Kimsənin arxasından iş çevirmədim”

blank
Əvəzedicilər2024-05-21 12:45

Əvəzedicilərin yarışında son turun oyun cədvəli məlum oldu

blank
Müsahibə2024-05-21 12:29

Tellur gələcəyi barədə qərar verməyib: “İndi yalnız “Neftçi” ilə oyun barədə düşünürəm”

blank
Dünya futbolu2024-05-21 12:21

Cilardinyo ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-05-21 12:14

“Neftçi” və “Qəbələ”dən rekord, “Sabah”dan ilk

blank
Digər idman növləri2024-05-21 11:52

Bakıdakı AÇ-də Azərbaycan üçün daha 9 medal şansı

blank
Digər idman növləri2024-05-21 11:39

Azərbaycanın daha bir cüdoçusu DÇ-də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-21 11:24

Nadalın Parisdə ilk məşqi dolu tribunalar qarşısında oldu

blank
Milli komanda2024-05-21 11:13

Rəqibimiz heyətini açıqladı

blank
Digər idman növləri2024-05-21 10:51

Sloveniya ilə Macarıstan Polşa və Böyük Britaniyanı əvəz edəcək

blank
Digər idman növləri2024-05-21 10:34

MHL-də Qərb konfransının ikinci finalçısı da məlum oldu

blank
Digər idman növləri2024-05-21 10:17

Yeni oyunçuların rəmzi komandaları elan edildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm