Ölkə futbolu
“Qəbələ” “Səbail”ə qalib gəldi
Futbol üzrə milli komandaların oyunları ilə əlaqədar Topaz …
Futbol üzrə milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Qəbələ” ilə “Səbail” yoxlama oyununda üz-üzə gəlib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komandalar “Bakı”nın təlim-məşq bazasında qarşılaşıblar. Matçın taleyini 1 qol həll edib. “Qəbələ” ikinci hissədə Ceyms Adeniyinin vurduğu qol sayəsində meydandan qələbə ilə ayrılıb.
Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində doğma meydanda “Neftçi”ylə, “Səbail” isə səfərdə “Qarabağ”la qarşılaşacaq.