Ölkə futbolu
AFFA “Sumqayıt”ı qismən bağışladı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib…
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.
“Sumqayıt” FK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş “Keşlə” – “Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair “Sumqayıt”ın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilib.
“Sumqayıt”ın məşqçisi Anton Dioçenkonun aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir