Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” – “Vorskla”: Statistika nə deyir?

UEFA-nın rəsmi saytı Azərbaycan çempionu “Qarabağ&rd…

blank

UEFA-nın rəsmi saytı Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Bakıda Ukrayna “Vorskla”sına qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, məqalədə E qrupunda yer alan Ağdam və Poltava təmsilçilərinin ilk iki matçda uduzduqları və Bakıdakı qarşılaşmanın onların ilk xallarını qazanmaları baxımından ideal şans olduğu vurğulanıb.

“Qarabağ” Portuqaliyada “Sportinq”, Bakıda isə İngiltərə “Arsenal”ına uduzmaqla bərabər, qol da vura bilməyib. Azərbaycan çempionu səfərdə 2, evdə 3 cavabsız qolla məğlub olub. “Vorskla” isə Londonda “topçular”a 2:4 hesabı ilə yenildikdən sonra doğma meydanda “Sportinq”lə görüşdə qələbə qazanmağa yaxın olsalar da, 90+1 və 90+3-cü dəqiqələrdə qol buraxaraq uduzublar – 1:2.

Əvvəlki görüşlər

“Vorskla” heç vaxt avrokuboklarda Azərbaycan komandaları ilə qarşılaşmayıb. “Qarabağ” 2014/2015 mövsümündə Avropa Liqasında “Dnepr”lə eyni qrupda yer alıb. Yarışın gələcək finalçısını səfərdə 1 cavabsız qolla üstələyən ağdamlılar evdə 1:2 hesabı ilə məğlub olublar.

“Qarabağ”

– 2017/2018 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan “Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda qüvvəsini sınayan Ağdam təmsilçisi ötən mövsüm Çempionlar Liqasının (ÇL) qrupuna düşən ilk Azərbaycan klubu olub.

Bu mövsüm isə “köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib – 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) “Qarabağ” qrupa vəsiqə qazanıb.

– Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda Avropa Liqasının qrup mərhələsində evdə keçirdiyi 10 oyundan 2-də qalib gəldiyi halda, 4-də uduzub. “Qarabağ” Belçika “Anderlext”indən (1:0, 2015/2016) və Yunanıstan PAOK-undan (2:0, 2016/2017) güclü olub.

– “Qarabağ” Bakıdakı son 8 avrokubok matçından 2-də qalib gəlib. Bundan başqa, ağdamlılar son 5 ev oyununda qələbə qazanmayıblar. Bunlardan 4-də uduzan Ağdam klubu ötən mövsüm Çempionlar Liqasında İspaniya “Atletiko”su ilə qolsuz bərabərə qalıb.

“Vorskla”

– Poltava klubu 2017/2018 mövsümündə Ukrayna Premyer Liqasında 3-cü yeri tutmaqla Avropa Liqasının qrupuna düşüb. Komanda milli çempionatda 1996/1997 mövsümünə təsadüf edən ən yaxşı göstəricisini təkrarlayıb.

– “Vorskla” avrokuboklarda 7-ci, qrup mərhələsində isə 2-ci dəfədir iştirak edir. Komanda 2011/2012 mövsümündə qrupa düşsə də, cəmi 2 xal qazana bilib və sonuncu yeri tutub. Ukraynalılar Belçika “Standard”ı (0:0) və Danimarka “Kopenhagen”indən (1:1) xal ala biliblər.

– Poltavalılar avrokuboklarda sonuncu səfər qələbəsini 2011/2012 mövsümünün pley-off mərhələsində Rumıniyanın “Dinamo” (Buxarest) komandası ilə görüşdə əldə ediblər – 3:2.

Komandalar arasında əlaqə

– “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli 2012-ci ilin yanvarında Ukraynanın “Krivbass” komandasından Azərbaycana gəlib. Albaniyalı müdafiəçi 2009/2010 mövsümündə hazırda “Vorskla”da çıxış edən Aleksandr Kobaxidze ilə komanda yoldaşı olub.

– “Vorskla” Avropa Liqasının qrupunda keçirdiyi 8 oyunun heç birində qalib gələ bilməyib. Bundan pis göstərici isə “Qəbələ” və Slovakiyanın “Slovan” komandalarına məxsusdur – 12 oyun.

Baş məşqçilər

– Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində “Qarabağ”da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının sükanı arxasında 10 illiyini qeyd edib. 46 yaşlı mütəxəssis bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. Ən önəmlisi, o, ÇL-in qrupuna vəsiqə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb. Qurbanov 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir.

– Vasili Saçko Ukraynanın yüksək dəstəsində “Volın” və “Krivbass”da çıxış edib. 2008-ci ildə “Vorskla”ya keçən ucaboy (190 sm) mərkəz hücumçusu artıq 10 ildir ki, klubdadır. 43 yaşlı mütəxəssis ilk 4 mövsümü oyunçu, növbəti 2 ili köməkçi-məşqçi kimi keçirib. O, 2014-cü ildən baş məşqçi vəzifəsindədir. Komanda 2017/2018 mövsümündə onun rəhbərliyi altında ölkə çempionatında 3-cü yeri tutub və qrup mərhələsinə vəsiqə əldə edib. 

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyununa saat 20:55-də start veriləcək.

Reklam

Reklam


blank
Premyer-liqa2024-05-10 21:30

Adil Şükürov: “Gələcək oyunlar üçün dərs çıxarmalıyıq”

blank
Premyer-liqa2024-05-10 20:53

“Neftçi”dən əzmkar qələbə

blank
Ölkə futbolu2024-05-10 20:37

Kvirkviya mükafatlandırıldı

blank
Ölkə futbolu2024-05-10 20:19

Masazırda mövsümün son ev oyununda “Sabah” azarkeşləri üçün sürprizlər

blank
Dünya futbolu2024-05-10 20:02

Dubla imza atdı, həftənin ən yaxşısı seçildi

blank
Dünya futbolu2024-05-10 19:48

ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi

blank
Dünya futbolu2024-05-10 19:33

Avroliqada həftənin futbolçusunun adı açıqlandı

blank
Dünya futbolu2024-05-10 19:18

Türkiyədə işləmiş mütəxəssis “Ayaks”ı çalışdıra bilər

blank
Dünya futbolu2024-05-10 19:00

Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi və futbolçusu bəlli oldu

blank
Dünya futbolu2024-05-10 18:39

İlin ən yaxşı baş məşqçisi və futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-10 18:20

Azərbaycan samboçuları AÇ-ni 3 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-10 18:01

“Kəpəz”də 7 itki

blank
Digər idman növləri2024-05-10 17:43

Yeddiqat dünya çempionu mövsümün ən yaxşısı elan edildi

blank
Dünya futbolu2024-05-10 17:25

Kasilyasdan Luninə dəstək

blank
Digər idman növləri2024-05-10 17:07

Teymur Rəcəbov “Şarja Masters” beynəlxalq şahmat turnirində iştirak edəcək

blank
Müsahibə2024-05-10 16:51

“Qəbələ” mövsümün əvvəlindən bu strategiyanı icra etsəydi…” – Arif Əsədov

blank
Dünya futbolu2024-05-10 16:37

AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO

blank
Ölkə futbolu2024-05-10 16:20

Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”

blank
Digər idman növləri2024-05-10 16:05

Ərəblərin pulu ilə Amerikada yeni liqa yaradılır

blank
I Liqa2024-05-10 15:51

I Liqada 26-cı turun oyun cədvəli bəlli oldu

blank
Ölkə futbolu2024-05-10 15:36

“Masallı”ya texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2024-05-10 15:20

ÇL: Yeni mövsüm üçün format və oyun cədvəli

blank
Digər idman növləri2024-05-10 15:02

Bakıdakı Dünya Kubokunda növbəti qaliblər müəyyənləşdi

blank
Dünya futbolu2024-05-10 14:45

“Atalanta” onu birdəfəlik alacaq

blank
Ölkə futbolu2024-05-10 14:30

Rəqibini vuran futbolçu sərt cəza aldı

blank
I Liqa2024-05-10 14:19

Budaq Nəsirova 4 oyunluq cəza verildi

blank
Ölkə futbolu2024-05-10 14:08

AFFA-dan Gəncədəki dava ilə bağlı sərt cəza

blank
Digər idman növləri2024-05-10 13:55

Formula 1-in gəliri ötən illə müqayisədə 45% artıb

blank
Digər idman növləri2024-05-10 13:38

Möhtəşəm boks gesəsinin döyüşləri açıqlandı

blank
Dünya futbolu2024-05-10 13:21

Konfrans Liqası: Həftənin ən yaxşısı adına namizədlər bilindi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm