Dünya futbolu
“Fənərbaxça” səfərdə xal itirdi
Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları …
Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə üç görüş baş tutub.
Yeni mövsümə uğursuz başlayan “Fənərbaxça” çətin “Sivasspor” səfərinə yollanıb və yenə xal itkisi ilə üzləşib.
“Başakşəhər” evdə “Kayserispor”u minimal hesabla məğlub edib. “Kasımpaşa” isə doğma meydanda “Akhisarspor”a 5 cavabsız qolla qalib gəlib.
Türkiyə Super Liqası
9-cu tur
19 oktyabr
Qalatasaray – Bursaspor 1:1
Qol: E.Derdiyok, 77 – A.Kara, 63.
20 oktyabr
Kasımpaşa – Akhisarspor 5:0
Qol: Trezeqe, 56. T.Serbest, 58. Diane, 67; 70. Eduok, 78.
Başakşəhər – Kayserispor 1:0
Qol: Mossoro, 40.
Sivasspor – Fənərbaxça 0:0
21 oktyabr
14:30 Rizəspor – Konyaspor
17:00 Alanyaspor – Antalyaspor
17:00 Ankaragücü – Yeni Malatyaspor
20:00 Göztəpə – Beşiktaş
22 oktyabr
21:00 Trabzonspor – Ərzurumspor