Dünya futbolu
Almeyda oynadı, “Astana”…
Futbol üzrə Qazaxıstan çempionatında 30-cu turun oyunla…
Futbol üzrə Qazaxıstan çempionatında 30-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu “Astana” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Ordabası” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Almeyda da bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.
"Astana" hazırda 71 xalla 12 iştirakçı arasında vahid liderdi.