Layihə
GÜNÜN XATIRLATMASI: Startda gözləyən var…
Bir məşqçi var, işləməsi də problemdi, kənarda qalması …
Bir məşqçi var, işləməsi də problemdi, kənarda qalması da. Yüksək bacarıq sahibi də deyil, sadəcə, futbolətrafı dedi-qodularda bir nömrədi.
“Zirə”də məşqçi dəyişikliyi gündəmdə olanda da onun adı çəkilirdi, “Səbail” də Aftandil Hacıyevin kreslosu laxlayanda da. 2 həftə öncə “Qəbələ”nin baş məşqçisi təyin olunmalıydı, daha sonra “Keşlə”nin. Bəzən mətbuat göndəmə gətirir, amma adətən özü təşəbbüskar olur – klub rəhbərliyinə xəbər göndərir, özünü nişan verir, ya da “dayday”ına ağız açır.
Kəsəsi, kimsənin ayağı büdrəməsin, birinin işi tərs getdisə, həmin anda o kluba yaxın ağacın budağına qonur. İndi yenə əməliyyatdadı, özü üçün… tikir.