Layihə
GÜNÜN XATIRLATMASI: 145 gündü…
AFFA Klublar Komitəsi 2018-ci il ərzində 2 dəfə bir araya gəlib….
AFFA Klublar Komitəsi 2018-ci il ərzində 2 dəfə bir araya gəlib. Martın 15-də yeni sədri seçmək və bir sıra məsələləri müzakirə etmək üçün toplaşan qurum, növbəti dəfə mayın ilk günü iclas keçirib.
İlk iclasda “Neftçi”nin prezidenti Kamran Quliyev növbəti 1 il müddətinə sədr seçilmişdisə, mayın 1-də klub nümayəndələri AFFA-nın baş katibi Elxan Məmmədovla bəzi məsələləri müzakirə etmişdi. “İnstat” şirkəti ilə ikiillik əməkdaşlıq müqaviləsi barədə xəbəri orada eşitmişdik. Eyni zamanda çempionat matçlarının “Nike” topları ilə oynanacağı bəlli olmuşdu.
Hafizəmiz bizi aldatmırsa, 145 gündü komitə toplaşmır. AFFA-nın saytında da mayın 1-dən sonrakı tarixə heç bir xəbər qoyulmayıb. Deməli, bəylər hələ istirahətdədi, ya da klublarındakı işləri qoyub qondarma qurumda vaxt öldürmək istəmirlər.