Ölkə futbolu
Elxan Məmmədovun sayəsində ¾
“Vorskla” ilə oyunda Bakı Olimpiya Stadionun ¾-&u…
“Vorskla” ilə oyunda Bakı Olimpiya Stadionun ¾-ü boş qalacaq. Çünki 68 min tutumu olan arenadakı oyuna cəmi 16 min bilet satılıb.
Bu mənzərəyə görə azarkeşləri qınamaq lazım deyil, AFFA-nın baş katibi Elxan Məmmədov utanmalıdı. Ağdamlıların, futbol idarəçiliyində nüfuz baxımından çəkindiyi yeganə adam olan baş məşqçi Qurban Qurbanovun büdrəməsi üçün hər şey edən bu adam bugünkü mənzərənin birbaşa səbəbkarıdı. Klubu aldadıb, ona müxtəlif vasitələrlə təzyiq edib, Avropa Liqası oyunlarını BOS-a saldıran katib birbaşa günahkardı.
“Arsenal”la oyuna görə “Qarabağ”ı qurban verən baş katib gözəl anlayır ki, bu matç Respublika stadionunda reallaşsa, təmsilçimizin qələbə şansı daha çox olacaqdı. Amma ona dostlarının cibini doldurmaqla yanaşı, “Qarabağ”ın uğursuz olması, şura komandalarından irəli getməməsi lazımdı. İndi ukraynalılarla yanaşı, boz tribunalar da “Qarabağ”ın üstünə yeriyəcək, futbolçuları ruhdan salacaq.
Məmmədov ölkə futbolunda at oynadır, hamını barmağına dolayıb və kimsə ona “gözün üstə qaşın var” demir. Harınlamış məmura ölkə rəhbərliyinin də azarkeşi olduğu, diqqətlə izlədiyi komandanın məğlubiyyətləri lazımdı, ona görə hər imkanda badalaq vurur. Ümid edirik, bunu “yuxarılar”a çatdıranlar, izah edənlər tapılacaq. Çünki katibə kimsə artıq “dur” deməlidi.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir