Bizi izləyin

Ölkə futbolu

AFFA “Qarabağ”ı necə boğur?

Əslində sualı başqa cür də qoymaq olardı. Məsələn, AFFA …

blank

Əslində sualı başqa cür də qoymaq olardı. Məsələn, AFFA “Qarabağ”a görə necə və nələr qazanır? Amma boğur, yaxud qazanır, bunun artıq prinsipial əhəmiyyəti qalmayıb. Çünki istənilən halda zərbə kluba dəyib və dəyməkdədir. Klubun da timsalında bütövlükdə futbolumuza.

Mətləbə keçək. Ardıcıl iki ildir Ağdam klubu avrokubokda qrup oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirmək məcburiyyətində qalıb. Bir çox sıravi azarkeş üçün, əlbəttə, “Qarabağ”ın “Tofiq Bəhramov”da yox, sırf BOS-da oynaması daha cəlbedici görünə bilər – həqiqətən möhtəşəm inşa olunmuş arena, istisna hallarda olsa belə, dolmuş tribunalar, 60 mindən çox azarkeş. Hələ bunu TV-də seyr etmək. Çox adama ləzzət edə bilər. Ən çoxsa AFFA rəhbərliyinə. O da ona görə ki, “Qarabağ”ın BOS-da oynaması federasiyasının işinə hərtərəfli yarayır. Əvvəla əgər “bizdə də futbol var” kimi görüntü yaratmaq istəyirlərsə, bir Azərbaycan komandasının “Çelsi”, “Roma”, “Atletiko”, “Arsenal” kimi nəhənglərlə oyunlarından başqa yaxşı nə fürsət ola bilər ki? Bilməyənlərdə də elə təsəvvür yaranır ki, “Qarabağ” bu yerə Qurban Qurbanov, futbolçular, klubun idarəçiləri və sponsorlara görə deyil, AFFA rəhbərliyinin olmayan futbol səriştəsinə görə gəlib.

İşin ən təəccüblü tərəfi heç bu da deyil. Odur ki, Qurban Qurbanov hələ ilk gündən BOS-da oynamağın əleyhinə olub. Amma klub AFFA-nın davamlı təsir və təzyiqi ilə Olimpiya Stadionuna gedib. Qurban Qurbanov ÇL-də, Avropa Liqasında da qrup oyunlarını – təsnifat və pley-off mərhələlərində olduğu kimi Tofiq Bəhramov adına Respublika Stadionunda keçirmək istəyib. Ona görə ki, əvvəla bura “Qarabağ” üçün bir növ ikinci baza, ev kimi olub. Klub “Tofiq Bəhramov”da məsuliyyətli oyunlara hazırlığı da rahat həyata keçirirdi. Komanda isə meydança ilə yanaşı, tribunalara da öyrəşmişdi. “Qarabağ”ın bir çox avrokubok oyununda ən pis halda 20 min azarkeş olub. AFFA rəhbərliyi bu faktdan bixəbər olduğu üçün qeyd edək ki, qələbəyə aparan əsas yollardan biri də futbolçular və məşqçi heyətinin azarkeşin səsini, dəstəyini, nəfəsini hiss etməsidir.

İndi siz təsəvvür edin ki, AFFA bu nəfəsliyi daraldıb, sanki “Qarabağ”ı boğmağa başlayıb. Komandanı Gənclər və İdman Nazirliyinin balansında olan “Tofiq Bəhramov”dan özünün tabeçiliyindəki Bakı Olimpiya Stadionuna aparıb. Orada isə azarkeşin səsinin futbolçuya çatması üçün artıq meqafon, ya da başqa səsgücləndirici vasitələr lazımdı. Azarkeşin stadiona hansı zülmlə girdiyi, gecə vaxtı evinə hansı çətinliklərlə qayıtması isə ayrı bir yazı mövzusudu.

AFFA “Qarabağ”ı BOS-a aparmasını onunla izah edir ki, 2019-cu ildə Avropa Liqasının finalı Bakıda olacaq və ona görə burada oyunların keçirilməsi həmin matç üçün hazırlıq xarakteri daşıyır. Pafoslu səslənsə də, ölkənin imici naminə bu fakta da göz yummaq olardı. Amma olmur. Çünki insanda vicdan ya tam ölməli, ya da pula nə qədər həris olmalısan ki, bir klubu başqa stadiondan öz stadionuna zorla gətirməyin azmış kimi, hələ üstəlik ondan icarə haqqı da tələb edəsən. Bizdə olan məlumata görə, “Qarabağ” Bakı Olimpiya Stadionundakı hər oyun üçün AFFA-ya azı 50 min manat ödəyir ki, bu da artıq son vaxtlar tərəflər arasında ciddi narazılıq yaratmağa başlayıb. BOS-dakı bilet satışı hüququ tam olaraq klubda deyil, federasiya ilə əlbir olan qurumda olduğundan AFFA-nın burdan da əlavə nə qədər gəlir götürdüyünü təxmin etmək çətin deyil. Deməli, söhbəti hara fırlasan, gerçək tabloda cəmi bir qazanan var – AFFA.

İtirənin, zərbə alanın “Qarabağ” və azarkeşlər olduğunu bilmək üçünsə Amerika kəşf etməyə ehtiyac yoxdu. “Bəs, BOS-un “Qarabağ”a xeyiri nə olub” sualına isə indiki halda bircə fakt cavab verir. 2 gün sonra keçiriləcək Avropa Liqasının “Qarabağ” – “Vorskla” oyununa heç 10 min bilet satılmayıb.

Aydın BAĞIROV, qol.az

Reklam

Reklam


blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Digər idman növləri2024-04-11 19:01

Nadal Barselonada ilk məşqinə çıxdı

blank
Digər idman növləri2024-04-11 18:42

Avstraliya ilkin heyəti açıqladı

blank
Digər idman növləri2024-04-11 18:20

MBA-da pley-offun ilk cütlüyü məlum oldu

blank
Digər idman növləri2024-04-11 18:02

Kobi Brayantın forması 1,75 milyon dollara satıldı

blank
I Liqa2024-04-11 17:45

“Şamaxı” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-11 17:31

Bəxtiyar baş məşqçisiz qaldı

blank
Digər idman növləri2024-04-11 17:00

Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək

blank
Dünya futbolu2024-04-11 16:27

Markinyos Pilorjeni ötdü

blank
Dünya futbolu2024-04-11 16:04

“Tottenhem” Uilyams üçün tələb olunan məbləği ödəyəcək

blank
Ölkə futbolu2024-04-11 15:45

“İrəvan”da qalmaqal: klub prezidenti saxlanıldı

blank
Dünya futbolu2024-04-11 15:27

Leao “Arsenal”ın hədəfində

blank
Layihə2024-04-11 15:07

COP29: Ekoloji təmizlik naminə Formula 1 üçün yeni tələblər vacibdir

blank
Dünya futbolu2024-04-11 14:48

PSJ Osimhen üçün 120 milyon avro ödəyəcək

blank
Dünya futbolu2024-04-11 14:29

Çempionlar Liqasının rekordu təkrarlandı

blank
Ölkə futbolu2024-04-11 14:10

AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti

blank
Dünya futbolu2024-04-11 13:51

Suşiç İngiltərəyə can atır

blank
Ölkə futbolu2024-04-11 13:34

Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…

blank
Dünya futbolu2024-04-11 13:17

Klopp istirahət edəcək: “Qocalana qədər gözləmək istəmirəm”

blank
Müsahibə2024-04-11 13:00

İspan futbolçu: “Tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir”

blank
Ölkə futbolu2024-04-11 12:40

“Ardıcıl iki matçda uduzmaq heç də xoş deyil”

blank
Dünya futbolu2024-04-11 12:19

Xavi gedəcəyini deyəndən bəri…

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm