Ölkə futbolu
“Qəbələ” növbəti mərhələdə!
Bu gün "Qəbələ"nin 19 yaşadək futbolçularda…
Bu gün "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar Yolunun 1-ci mərhələsində cavab matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" Moldovada “Şerif”in qonağı olub.
Bu komandalar arasında oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilmiş ilk görüş heç-heçə ilə nəticələnmişdi – 1:1. Cütün qalibi növbəti mərhələdə “Herta” (Almaniya) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaqdı.
Tiraspolda keçirilən cavab oyununda hesabı "Qəbələ" açıb. İkinci yarının əvvəlində moldovalılar bərabərlik qoluna imza atsalar da, Emin İmaməliyevin yetirmələri daha iki qol vurmağa imkan tapıblar. Beləcə, səfərdə qələbə qazanan "Qəbələ" növbəti mərhələyə yüksəlib.
UEFA Gənclər Liqası, Çempionlar Yolu
1-ci mərhələ, cavab oyunu
24 oktyabr
Şerif – Qəbələ 1:3
Qol: Vsevolod Nihayev, 53-pen – Samir Qurbanov, 44; 62. Vadim Dijinari, 63-öz qapısına.
Hakimlər: Timofeos Kristofi, Giorgos Savva, Andreas Mixailidis (hamısı Kipr), İon Orlik (Moldova).
Tiraspol. “Şerif” stadionunun kiçik arenası.
İlk oyun – 1:1.
Şerif: 1. Vladislav Lixarev, 8. Yeqor Qliqa, 9. Andrey Konoxov, 11. Aleksandr Kuzmenko (k), 19. Aleksandru Osipov, 26. Vsevolod Nihayev, 30. Denis Makaliçi, 31. Danila İqnatov, 39. Vladimir Kovçenko, 90. Vadim Dijnari, 99. Yevgeni Berko
Ehtiyat oyunçular: 12. Mixail Çioban, 4. Stanislav Ploxotnyuk, 14. Nikolay Stoyanov, 18. Yevgeni Pleşko, 22. İvan Morarenko, 32. Vladislav Qreçul, 33. Yeqor Çesnokov
Qəbələ: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. Abbas Ağazadə, 10. Təbriz İsazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 17. Rauf Məhərrəmov
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 16. Nicat Oruclu, 18. Samir Məhərrəmli.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi