Layihə
GÜNÜN XATIRLATMASI: AFFA “Qarabağ”ı aldadanda…
“Qarabağ” Avropa Liqasının qrup oyunlarını Bakı Olim…
“Qarabağ” Avropa Liqasının qrup oyunlarını Bakı Olimpiya Stadionunda keçirməməliydi. Klub təsnifat oyunlarını reallaşdırdığı Respublika stadionunda yoluna davam etmək niyyətində idi.
Hər şey püşkatmadan sonra dəyişdi. Rəqiblərdən birinin “Arsenal” olması AFFA rəhbərliyini iştaha gətirdi və onlar klubu aldatmağa müvəffəq oldular. Azarkeş marağını əsas gətirərək ağdamlıları ən azı bu matçın BOS-da təşkil olunmasının vacibliyinə inandıran assosiasiya digər matçların Respublika stadionunda oynanılacağını vəd etdilər. Lakin qərar verildikdən sonra UEFA-nın tələblərini gözə soxaraq 2 stadion sifariş verməyin mümkünsüzlüyünü əsas gətirdilər.
Təbii ki, bu seçimdə klubun da səhvi var idi. Peşəkar olmalı, qrup matçlarının 2 fərqli yerdə təşkil olunmasının mümkünsüzlüyünü bilməliydilər. Amma bunun mümkün olacağını AFFA-nın baş katibi Elxan Məmmədov vəd etmişdi və son anda klubu aldatdı. O, BOS-dakı əlaltıları üçün qazanc yeri yaratdı, klubun maliyyə baxımından geri düşməsini, üstəlik, bu amilin nəticələrə təsir etməsini vecinə də almadı.
İndi elə vəziyyət yaranıb ki, ölkə futbolunu ayaqda saxlayan yeganə klub “Qarabağ” stadionda reklam lövhəsi yerləşdirmək üçün Məmmədovdan icazə alır. Və ağdamlılar “Vorskla” ilə oyunda tribunaların yarısını doldura bilməyəcək vəziyyətdədi. Narahat BOS-a heç kim gəlmək istəmir. Rəqibin adının cəlbedici olmaması da əlavə problemdi. Halbuki matç Respublika stadionunda oynanılsaydı…
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…