Ölkə futbolu
“Qəbələ” fərqi
Ölkə futbolunu ayaqda tutan, bizdə də top qovulduğunu xatırl…
Ölkə futbolunu ayaqda tutan, bizdə də top qovulduğunu xatırladan 2 klub var zatən. Digərləri plansız, strategiyasız gün keçirənlər, büdcə dağıdanlar, eləcə də ancaq üzüntü gətirənlərdi. İstər klublar olsun, istər millilər…
“Qarabağ” bəllidi, illərdi tarix yazır, nəvaxtsa yada salanda inanmayacağımız seriyanı sürdürür. Avropada ardıcıl 5 ildi qrupda oynamaq əksər qitə klublarına da qismət olmur.
“Qəbələ” də bu ilğıma dəstək verir. Bir ara Avropa Liqasında 2 il qrupa düşən təmsilçimiz komanda yox, klub kimi də özünü isbatlayır. Uşaq futboluna verilən önəmin meyvələrini dərirlər. Milli komandalar üçün baza rolunu oynayan klubun yetirmələri indi qitə arenasında ilkə imza atdılar. Çempionlar Liqasında mərhələ keçmək adi olay deyil. Bu, bir akademiyanın özünütəsdiq faktı, sabah üçün ümid verən hadisədi. Deməli, “Qəbələ”nin əsas komandası da perspektivə ümid edə bilər.
19 yaşadək futbolçular arasında təşkil olunan UEFA Gənclər Liqası çərçivəsində Qəbələdə keçirilmiş ilk oyundan sonra çox adam növbəti mərhələdən əlini üzmüşdü. “Şerif”lə ev heç-heçəsindən sonra vəziyyət çətinləşmişdi. Amma elə ilk matçın sonlarında vurulan cavab qolu (1:1) Moldovadakı matçın anonsu imiş. Və bu uşaqlar bu gün Moldovada tarix yazdılar. 3:1 hesablı qələbə təsadüfi nəticə deyil, gücün, üstünlüyün sübutudu.
“Şerif”i sıradan çıxarmaq həm də ona görə əhəmiyyətlidi ki, hansısa təsadüfi klubdan yox, həmişə uşaq futboluna diqqət ayıran, əla akademiyası olan, infrastrukturuna görə bütün futbol təsərrüfatımızın həsəd aparacağı klubdan danışırıq. Tiraspola yollanan qəbələlilərin uğuru məhz bu üzdən daha qiymətlidi. Klub rəhbərliyi akademiyaya illərdi xərclənən vəsaitin hədər getmədiyinə bu nəticə ilə şahid oldular. Əmrah Zülfüqarlı, Rüstəm Nuruyev, İzzət Müştaqov, Vüsal Məsimov, Faiq Hacıyev, Əli Sadıxov, Abbas Ağazadə, Təbriz İsazadə, Samir Qurbanov, İdris İnqilablı, Rauf Məhərrəmov, Elməddin Sultanov, Arsen Ağcabəyov, Əli Mürsəlov, Nicat Əliyev, Xəyal Muradov, Nicat Oruclu, Samir Məhərrəmli – sabah millimizin üzvləri, futbolumuzun qüruru xüsusi qayğı ilə futbol öyrədilən bu uşaqlar olacaq, hansısa milliləşdirilənlər yox.
“Qırmızı-qaralar”ın baş məşqçisi Emin İmaməliyevə də alqış düşür. Görünür, ilk oyundan sonra dərsini yaxşı çalışıb, rəqibi analiz edib. Deməli, klub həm də yaxşı məşqçilər yetişdirir. Göstərilən qayğı hədər getməyib.
FƏRİD
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…