Milli komanda
Millimizin rəqiblərinin oyununda 4 qol
17 yaşadək futbolçular arasında Avropa çempionatını…
17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 8-ci qrupda ikinci tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, qrupun digər oyununda Norveç və Albaniya yığmaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı görüşdə norveçlilərin qələbəsiylə başa çatıb – 3:1.
Qeyd edək ki, qrupun ilk oyununda Norveçə 1:4 hesabı ilə uduzan Azərbaycan yığması bu gün də Çexiyaya 0:2 hesabıyla məğlub olub. Ramin Quliyevin çalışdırdığı Azərbaycan millisi son turda qrup oyunlarına ev sahibliyi edən Albaniya ilə qarşılaşacaq. Bu oyun oktyabrın 29-da baş tutacaq.
İlk iki turdan sonra Çexiya və Norveç 6 xala malikdi. Albaniya və Azərbaycan yığmaları isə hələ xal qazana bilməyib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı