Premyer-liqa
Sənan Qurbanov: “Qırmızı vərəqə epizoduna baxmaq lazımdı”
“Oyuna ciddi hazırlaşmışdıq. Üzərimizdə gərginlik v…
“Oyuna ciddi hazırlaşmışdıq. Üzərimizdə gərginlik var idi. Qələbə qazanmaq üçün alışıb yanırıq. İstək daha çox idi. Çalışacağıq qarşıdakı oyunlarda bir az rahat oynayaq. İlk hissədə qapımız qarşısında təhlükəli epizodlar oldu. Səhvlərimizin üzərində işləyəcəyik. Əvəzləmədən sonra ikinci hissədə daha yaxşı oynadıq. Uduza da, qalib gələ də bilərdik”.
Futbolinfo.az xəbər verir ki, bunu "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının 9-cu tur matçından sonra mətbuat konfransında deyib. O bildirib ki, bu nəticə ötən tur "Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonrakı rahatlıqla bağlı deyil: "Deməzdim ki, boşluq var idi. Əksinə, futbolçularım qələbə üçün tələsirdir. Bu da gərginlik yaradır".
Qurbanov son dəqiqələrdə baş vermiş qalmaqala da münasibət bildirib: "Qırmızı vərəqə epizoduna baxmaq lazımdır ki, orada qərar doğru idi, ya yox. Müdafiədəki boşluqlar bizi narahat edir. Həm Rasim Ramaldanov, həm də Bəhlul Mustafazadə inandığımız futbolçulardı. Onlar da səhv edə bilər. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq". (Sportnet)