Dünya futbolu
Dəniz Yılmaz qayıtdı, komandası Ufuk Budakı məyus etdi
Futbol üzrə Türkiyə 1-ci liqasında 10-cu turun oyunları …
Futbol üzrə Türkiyə 1-ci liqasında 10-cu turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, hesabat turunda Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor”la millimmizin sabiq hücumçusu Dəniz Yılmazın komandası – “Gənclərbirliyi” üz-üzə gəlib.
Qarşılaşmanın taleyini 1 qol həll edib. Paytaxt təmsilçisi səfər oyununda minimal hesabla qalib gəlib – 1:0.
Ufuk da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan müdafiəçi sonadək oynayıb. Uzun müddət idi zədəli olan Dəniz də nəhayət bu oyunda iştirak edib. O, qarşılaşmanın 67-ci dəqiqəsində meydana buraxılıb. Yılmaz 78-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
10 turdan sonra “Gənclərbirliyi” 28 xalla liderdi. “Boluspor” isə 23 xalla ikinci pillədə qərarlaşıb.