Dünya futbolu
Azər Əliyevin klubundan növbəti heç-heçə
Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları ke&c…
Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ural”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Azər bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Ufa” hazırda 11 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.