Dünya futbolu
Klub prezidentinin helikopteri qəzaya uğradı – VİDEO
Futbol üzrə İngiltərə Premyer Liqası çərçivə…
Futbol üzrə İngiltərə Premyer Liqası çərçivəsində ötən gecə keçirilmiş “Lester Siti” – “Vest Hem” oyunundan (1:1) sonra faciə baş verib.
Futbolinfo.az xəbər verir ki, qarşılaşmadan sonra “Lester Siti”nin prezidenti Vişay Şrivaddanaprabhanın şəxsi helikopteri qəzaya uğrayıb. Havaya qalxdıqdan qısa müddət sonra pilot idarəetməni itirib. Nəticədə helikopter stadionun avrtomobil dayanacağına çırpılıb və dərhal alışıb. Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib.
Helikoterdə klubun 60 yaşlı prezidentinin, eləcə də Tailand əsilli iş adamının qızının da olduğu bildirilir. Digər mənbələrdə isə pilotdan başqa helikopterdə Şrivaddanaprabha ilə “Lester”in idman direktorunun yer aldığı qeyd olunur. Onların hamısı qəza nəticəsində dünyasını dəyişib.
“Lester” klubu isə hələlik qəza xəbərini təsdiqləsə də, araşdırmalar səbəbindən detalları açıqlamayıb. Tezliklə bu barədə daha ətraflı məlumatın veriləcəyi bildirilir.