Ölkə futbolu
Nazim Süleymanov “Zirə”də!
Yazının sərlövhəsi sizi çaşdırmasın. Nazim Sül…
Yazının sərlövhəsi sizi çaşdırmasın. Nazim Süleymanov hələ də “Sumqayıt”ın baş məşqçisidi, “Zirə” də Samir Abasovla yola davam edir. Sadəcə, bu şəkil nəvaxtsa hamını çaşdıra bilər.
“Sumqayıt” – “Qəbələ” oyunundan sonra çəkilmiş fotodu. Bəs, mətbuat konfransında “Zirə”nin baneri nə gəzir? “Sumqayıt” o qədər həvəskar klubdu ki, başqa komandanın ağuşuna sığınıb?
İstər “Zirə”, istərsə də “Sumqayıt” “Dalğa Arena”da qonaqdı. Stadionları təmir olunduğundan ev oyunlarını müvəqqəti olaraq Mərdəkanda keçirirlər. Görünən odu ki, “qartallar” daha peşəkardı, mətbuat konfransı otağını öz atributları ilə bəzəyə bilirlər, “Sumqayıt” isə baneri dəyişməyi lazım bilmirlər.