Layihə
GÜNÜN NİDASI: 3 oyuna görə qərar veriləcək!
Nə Samir Abasov,nə Sənan Qurbanov, nə də Aftandil Hacıyev. Bu m?…
Nə Samir Abasov,nə Sənan Qurbanov, nə də Aftandil Hacıyev. Bu məşqçilər klub rəhbərliyindən hələlik dəstək görür, istefaları aktual deyil.
Samir bəy uğursuz nəticələrə rəğmən, ən azı qışadək “Zirə”də qalacaq, heyəti yeniləmək şansı qazanacaq. Qurbanov ən çətin dönəmdən çıxıb, klub onu dəyişməyi məsləhət bilmədiyini göstərdi. Hacıyevi isə texniki qələbələr xilas etdi və 3-cü pillədəki komandanın məşqçisinin getməsi absurd olar.
Qurban Qurbanovla Roberto Bordin çempionluq üçün yarışır, Elşad Əhmədov da “Sabah”da uğurludu. Tərlan Əhmədovun “Keşlə”də dünəndən işə başladığını nəzərə alsaq, geriyə bircə nəfər qalır.
Əslində, Nazim Süleymanov da mövsümün əvvəlində əla işi ilə seçilirdi. Uğurlu nəticələrə görədi ki, hamının aşkar zəif saydığı “Sumqayıt” təəccübləndirirdi. Həm gözəl oyun, həm nəticələr – özü də bütün bunlar stadionu təmir olunan, oyunlarını fərqli arenalarda keçirən komandanın vizit vərəqi idi.
Lakin klub daxilində vəziyyət fərqlidi. Komanda mütləq avrokuboka düşməlidi. Gələn il klub bazasının tikintisi başlayacaq, büdcənin böyük hissəsi ora sərf olunacaq, deməli, komanda güclənməyəcək. Ayaqda qalmaq üçün Avropa Liqasına vəsiqə lazımdı ki, heç olmasa, iştiraka görə gələn pulla müəyyən işlər görülsün.
Lakin “Sumqayıt”da oyun var, nəticə yoxdu. 9 oyuna 11 xal və komanda hər tur geri gedir. Heyətdən şikayətlənmək olmaz, təcrübəlilərlə istedadlı gənclərin vəhdətidi. Amma artıq neçə turdu komanda ümidi doğrultmur, qarşıda isə daha çətin rəqiblərlə görüşlər var. Nazim bəy işində qalmaq üçün mütləq qışa kimi ilk “dördlük”də qalmalıdı.
Ən pisi odur ki, artıq futbolçular da danışmağa başlayıb. Xüsusilə “Qəbələ” ilə oyunda 2:0 hesablı üstünlüyün əldən verilməsi, daha öncə “Sabah” və “Səbail”ə məğlubiyyətlər xaosa səbəb olub. Oyunçular nüfuzundan çəkindiyi üçün məşqçiyə narazılıq bildirmir, lakin durumdan məmnun deyillər. “Qarabağ”la növbəti turun oyunundan sonra dilə gələnlər də ola bilər.
Bildiyimizə görə, rəhbərlik də Süleymanovun işini bəyənmir. Onların dilini qısa edən heyətin gec komplektləşməsi və “Sumqayıt”ın fərdi xətalardan çox xal itirməsidi. 4 oyunda komanda qırmızı vərəqə alıb və heç birində günahı məşqçidə axtarmaq olmaz. “Qarabağ”a məğlubiyyət də hakim səhviylə reallaşıb. Lakin indi heç kim dünəni düşünmür, hamı xala baxır. Bu baxımdan isə Süleymanov üçün yaxşı perspektiv görünmür. “Qarabağ”, “Keşlə”, “Zirə” – bu 3 ardıcıl oyunlar Süleymanovun taleyinə böyük ölçüdə təsir edəcək. Daha bir pillə geriləmə islahatla nəticələnəcək!
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq