Premyer-liqa
Rəhman Hacıyev: "Hər oyuna 100 faiz hazır olmağa çalışıram"
“Neftçi”nin futbolçusu Rəhman Hacıyev Topa…
“Neftçi”nin futbolçusu Rəhman Hacıyev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində qarşılaşdıqları “Keşlə” ilə oyundan (1:0) sonra klubun rəsmi saytına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, komandaya fayda vermək üçün əlindən gələni etdiyini bildirən yarımmüdafiəçi qələbə münasibətilə bütün "Neftçi”sevərləri təbrik edib:
"Bilirdik ki, ağır oyun olacaq. Baş məşqçinin həftəboyu verdiyi tapşırıqları düzgün yerinə yetirməyə çalışdıq. Çox şadam ki, istədiyimiz nəticəni əldə edə bildik. Bir neçə oyundu start heyətində yer almırdım. Buna baxmayaraq, komandaya fayda vermək üçün əlimdən gələni etdim. Hər oyuna 100 faiz hazır olmağa çalışıram. Qələbə münasibətilə bütün "Neftçi”sevərləri təbrik edirəm. Artıq növbəti oyunu düşünməliyik”.