Dünya futbolu
Almeyda oynadı, “Astana” qalib gəldi
Futbol üzrə Qazaxıstan çempionatında 32-ci turun oyunla…
Futbol üzrə Qazaxıstan çempionatında 32-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu “Astana” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Kayrat” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:2.
Almeyda da bu görüşün iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana buraxılıb.
Artıq çempionluğunu da təmin etmiş "Astana" hazırda 74 xalla 12 iştirakçı arasında liderdi.