Bizi izləyin

Müsahibə

Emin Mahmudov: “Mən heç Azərbaycan çempionatına da baxmıram”

Futbol üzrə Azərbaycan milli komandasının və “Neft&cce…

blank

Futbol üzrə Azərbaycan milli komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Rusiyanın “sport-ekspress” nəşrinə müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasını seçməsindən paytaxt klubuna gəlişinə kimi bir çox məqama toxunan təcrübəli futbolçu maraqlı fikirlər səsləndirib:

– Sizə böyük futbola vəsiqə verən “Saturn” sizinlə tam hesablaşa bilmədi?
– Bəli. Klub müflis olduğu üçün hamıya maaşlarda borclu qaldı. Əvəzedici heyətin oyunçusu olduğum üçün məndə bu məbləğ əsas komanda üzvləri ilə müqayisədə az idi. Bunu heç xatırlamıram da. Çünki “Saturn” mənə çox şey verib. Bu, xatırlanası məbləğ də deyil.

– Söhbət hansı məbləğdən gedir?
– Bu haqda danışmayaq. Məbləği açıqlamayacağam.

– “Saturn”dakı durumu nəzərə alıb, dərhal “Spartak” barədə xəyal edirdiniz?
– O vaxt klubun dağılacağını düşünmürdüm. Sonadək inanırdım ki, “Saturn” yaşayacaq. Hər şey rəsmiləşəndən sonra müxtəlif təkliflər aldım və “Spartak”ı seçdim.

– Üstündən xeyli müddət keçib. İndi digər təklifləri açıqlaya bilərsiniz?
– “Dinamo” və “Lokomotiv”. Premyer Liqanın bir neçə kiçik klubu da var idi.

– “Spartak”la dərhal razılaşdınız?
– Yox. Danışıqlar apardıq, bir neçə görüş oldu.

– Bir neçə klubda oynadıqdan sonra Portuqaliyaya keçidə qərar vermək üçün çox düşündünüz?
– Avropaya getmək istəyirdim. Üstəlik, Azərbaycan yığmasında çıxış etməklə bağlı danışıqlar gedirdi. Mən Rusiyada oynayıb legioner limitinə düşmək istəmirdim. Belə ağır olardı. Bu üzdən “Boavişta”ya keçdim. Özümü orda sınamaq istədim.

– Kiminləsə məsləhətləşdiniz?
– Xüsusi olaraq yox. Hara keçməklə bağlı qərarları əsasən özüm verirəm.

– Portuqaliyadan hansı təəssüratlarınız qaldı?
– Daha texnikalı futbol gözləyirdim. Amma daha çox mübarizə gördüm. Orda “tiki-taka” oynamırlar. Kiçik komandalar “vur-qabağa” prinsipinə üstünlük verir. Portuqaliyada klub tapmaq daha asandır. Orda maaşlar da Rusiyadan azdır. Ona görə də çempionatı çox sayda futbolçu tərk edir.

– Portuqaliyada oyun planında nəyə məyus oldunuz?
– Oynamaq üçün nə etməli olduğumu başa düşmürdüm. Bir oyunda meydana çıxdım. Uzun müddət şansımı gözlədim, qol vurdum, oyunun ən yaxşısı seçildim. Həmin görüşdə də qalib gəldik. Sonra üç matç oynamadım. Məşqçinin baxışları fərqli idi. Amma mənə oynamaq lazım idi. Başa düşdüm ki, orda iş futbolda deyil. Yəqin nə isə başqa şeylər var idi. Mən gedəndən bir neçə tur sonra məşqçini də çıxardılar.

– Peşman deyilsiniz?
– Yox. Şansımı çox gözlədim. Ondan istifadə etdim, amma yenə ehtiyatda qaldım. Bu üzdən getməyə qərar verdim.

– Belə çıxır ki, “Neftçi”yə keçmək üçün çox düşünmədiniz?
– Bəli, çox düşünmədim. “Neftçi” variantı çıxan kimi dərhal getdim və razılaşdım. Özü də mən gedəndə komandanın ağır dövrü idi. Kömək etmək istədim. Demək olar ki, mən komandaya, komanda da mənə kömək oldu.

– “Neftçi”də çoxdan oynamasanız da, artıq kapitan sarğısını daşıyırsınız…
– Ötən il kubokda da kapitan kimi meydana çıxmışdım. Mənə yaxşı yanaşıb, hörmət edirlər. Amma mən vitse-kapitanam. Bizim kapitan Ruslan Abışov zədələnib və ona görə çempionatın əvvəlindən kapitan sarğısı ilə meydana çıxıram. Fəxr edirəm ki, Azərbaycanın belə böyük komandasının kapitanı adını mənə etibar ediblər. Etimadı doğrultmağa çalışıram.

– Yayda Rusiyadan təkliflər almışdınız?
– Heç bir təklif gəlməyib. Yalnız birinci dəstədən olubsa, ona da heç baxmamışam. Çünki biz “Neftçi” ilə Avropa Liqasına hazırlaşırdıq. Mən çoxdan bu turnirdə oynamaq istəyirdim.

– Cari mövsümün 7 oyununda bütün karyeranız ərzində vurduğunuzdan çox – 3 qola sevinməyinizi nə ilə izah edərdiniz?
– “Spartak”da sırf dayaq yarımmüdafiəçisi kimi oynayırdım. İndi daha hücumameylli futbolçu kimi əsasən ön xətdə oynayıram. Bu mövsüm bir oyunda o qədər qol epizodum yarandı ki, bütün karyeram ərzində bu qədər olmamışdı. Hətta üç qol vura bilərdim. “Spartak”da heç bir qol epizodumun da olduğunu xatırlamıram. Yalnız oyunsonrası penaltilər seriyasında fərqlənmişdim.

– Rusiya çempionatını izləyirsinizmi?
– Xeyr, ümumilikdə baxmıram. İndi uşaqlar… Düzünü desəm, mən heç Azərbaycan çempionatına da baxmıram (gülür). Belə alınır ki, İngiltərə, İspaniya çempionatları və Çempionlar Liqasına baxıram. Əvvəllər isə bir oyun da buraxmazdım. Bir az da “Yuventus”u izləyirəm. Amma onlar İtaliyada hər şeyi asanlıqla əldə edir.

– Uzun müddət Rusiya və Azərbaycan millilərindən hansında çıxış etməyi müəyyənləşdirə bilmirdiniz. Seçiminizə nə səbəb oldu?
– Avropaya getməyə qərar verdim. Hələ buna qədər Azərbaycan yığmasında oynaya bilərdim. Amma limitə düşməmək üçün imtina edirdim. Razılaşa bilərdim. Amma Rusiyada oynamaq xeyli çətin olacaqdı. Buna görə də Avropaya gedən kimi təklifi qəbul etdim.

– Azərbaycan millisində Robert Prosineçkinin rəhbərliyi altında debüt etdiniz. Onunla çalışmaqdan hansı təəssüratlarımız qalıb?
– O, sanki bir az arxayın idi. Həmişə gərginlik olmadan çalışırdı. Bütün məşqlər yalnız futboldan ibarət idi. Nə isə spesifik bir şey olmurdu. Sadəcə, komanda oynayırdı.

– Yığmada vurulan ilk qol hansı hisslərə səbəb oldu?
– Yoxlama oyunu idi deyə, emosiyalar o qədər çox deyildi. Lakin əlbəttə ki, yığmada qol vurmaq çox xoşdur.

– Qarşıda Millətlər Liqasının iki oyunu var. Bu turnirə münasibətiniz necədir?
– Pis yanaşmıram. Azərbaycan kimi yığmalar üçün bu turnir Avropa çempionatına düşmək üçün şansdır. Bizə ağır olacaq. Kosovonun yaxşı yığması var. Şansımız var, hər iki oyunda qələbə qazanmalıyıq.

– Final mərhələsinin 4 matçının Bakıda keçirilməsi motivasiyanızı artırırmı?
– Bakı AÇ-2020-ni qəbul etməsəydi belə, yarışa düşmək istəyimiz olacaqdı (gülür).

– Şəhərin AÇ-2020-yə hazırlaşdığı hiss olunur?
– Yox, hiss olunmur. Bakı orada turnirin olub-olmamasına baxmayaraq daim tikilir. 10 il əvvəlki ilə müqayisədə bu tam başqa şəhərdir. (matç.az)

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-20 15:16

“Növbəti hədəfim Parisdəki paralimpiadadır”

blank
Digər idman növləri2024-05-20 15:00

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldılar

blank
Digər idman növləri2024-05-20 14:49

Bürünc mükafatçı müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-20 14:38

Şansı qaçırmayan “Neftçi”, “Zirə”nin qələbəsində Rəhimin “əli”

blank
Digər idman növləri2024-05-20 14:31

Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar

blank
Ölkə futbolu2024-05-20 14:17

II Liqada 26-cı turun təyinatları açıqlandı

blank
Digər idman növləri2024-05-20 14:00

Azərbaycanın daha bir paraatleti dünya çempionu oldu

blank
Digər idman növləri2024-05-20 13:45

Azərbaycan voleybolçusu Qızıl Avropa Liqasındakı oyunları dəyərləndirdi

blank
Digər idman növləri2024-05-20 13:31

Azərbaycan karateçiləri AÇ-də üç medal qazandılar

blank
Digər idman növləri2024-05-20 13:14

Azərbaycan boksçularından Qazaxıstanda 2 medal

blank
Digər idman növləri2024-05-20 12:59

Karlsen Mərakeşdə çempion oldu

blank
Digər idman növləri2024-05-20 12:41

“Mövsümün ən pis oyununu sərgilədik”

blank
Premyer-liqa2024-05-20 12:26

Səfərdə 50-ci darmadağın

blank
Digər idman növləri2024-05-20 12:11

Roma çempionu reytinqdə irəlilədi

blank
Premyer-liqa2024-05-20 11:54

Son 27 ilin rekordu

blank
Digər idman növləri2024-05-20 11:37

MBA-da finalçılar məlum oldu

blank
Digər idman növləri2024-05-20 11:19

Azərbaycanın daha dörd cüdoçusu DÇ-də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-20 11:00

Azərbaycan və Ukrayna Voleybol Federasiyaları arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-05-20 10:41

“Qələbənin açarı müdafiədədir”

blank
Digər idman növləri2024-05-20 10:24

Bakıda güləş üzrə U-23 Avropa çempionatı başlayır

blank
Digər idman növləri2024-05-20 10:10

Azərbaycan fudokançılarından AÇ-də uğurlu nəticə

blank
Ölkə futbolu2024-05-20 09:54

Qurban Qurbanov Avropada birincidir

blank
Ölkə futbolu2024-05-20 09:39

Avrokubok planlaması: “Neftçi” 2-ci də ola bilər, 5-ci də

blank
Ölkə futbolu2024-05-20 09:22

Hamı gedir, Şeydayev qalır

blank
Milli komanda2024-05-20 09:05

Millimizlə oyunda yeni rekord gözlənilir

blank
Ölkə futbolu2024-05-20 08:50

“Qarabağ” üçün daha 4 rəqib

blank
Milli komanda2024-05-20 08:32

Rəqibimizin heyəti müəyyənləşdi

blank
Digər idman növləri2024-05-20 08:15

Ferstappenin 5-ci qələbəsi

blank
Ölkə futbolu2024-05-20 08:00

Baxşıyevin imkanı olsaydı…

blank
Dünya futbolu2024-05-20 01:55

PSJ-dən mövsümün son matçında inamlı qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm