Dünya futbolu
Renat Dadaşov üçün 10 dəqiqə və 1 xal
Futbol üzrə Portuqaliya Sequndasında 8-ci turun oyunları ke&cc…
Futbol üzrə Portuqaliya Sequndasında 8-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Gimaraynş”ın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Dadaşov da bu oyunun iştrakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.
“Eştoril” 8 turdan sonra 14 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.