Dünya futbolu
“Qarabağ”ın rəqibindən əzmkar qələbə
Futbol üzrə Portuqaliya çempionatında 9-cu turun oyunlar…
Futbol üzrə Portuqaliya çempionatında 9-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Sportinq” də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Santa Klara” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu görüşdən əzmkar qələbə ilə ayrılıb – 2:1.
“Sportinq” 9 oyundan sonra 19 xalla 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.
Avroliqanın E qrupunda yer alan "Sportinq" "Qarabağ”la ilk turda doğma meydanda üz-üzə gəlib və 2:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab matçı isə noyabrın 29-da Bakıda baş tutacaq.