Ölkə futbolu
Korotetski üçün il bitdi
“Səbail” 2 futbolçusunu itirdi. “Zirə&rdquo…
“Səbail” 2 futbolçusunu itirdi. “Zirə”ylə dünənki çempionat matçında “dənizçilər”in müdafiəçiləri sıradan çıxdı.
7 dəqiqə ərzində 2 sarı vərəqə alıb meydandan qovulan Şəhriyar Rəhimov yəqin ki, 1 oyunluq cəzalanacaq. İqor Korotetski üçün isə il bitdi. Pərdis Fərcad-Azadla adi oyun epizodunda mübarizə zamanı zədələnən müdafiəçinin durumu ciddidi.
52-ci dəqiqədə zədələnib yerini Enrike Perilyoya buraxan İqorun diz bağları qırılıb. Həkimlərin ilkin diaqnozu mərkəz müdafiəçisinin qışa kimi sıradan çıxmasını göstərir. Lakin yekun qərar ətraflı müayinədən sonra veriləcək.