Premyer-liqa
4 oyunda 6 qol
Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu aşağı …
Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu aşağı məhsuldarlıqla diqqət çəkib.
Futbolinfo.az xəbər verir ki, turun 4 qarşılaşmasında cəmi 6 qol vurulub. Bunun yarısı “Qəbələ” – “Sabah” görüşünə təsadüf edib – 2:1.
“Qarabağ” – “Sumqayıt” oyununda (2:0) iki, “Keşlə” – “Neftçi” matçında (0:1) bir qol qeydə alınıb. “Zirə” – “Səbail” qarşılaşması isə 0:0 hesabı ilə nəticələnib.
Turun orta məhsuldarlığı 1,5-ə bərabər olub. Bu, cari mövsümün iki ən aşağı göstəricisindən biridir. Belə ki, sentyabrın 14-16-da keçirilən 4-cü turda məhsuldarlıq daha aşağı olub. Bir oyununun nəticəsi ləğv olunan və texniki nəticəylə yekunlaşan turun digər 3 qarşılaşmasında cəmi 4 top qeydə alınıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı