Ölkə futbolu
Əvvəlcə “Vorskla”nın baş məşqçisi, sonra Qurbanov
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çər&cce…
Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Vorskla" – "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransları və son məşqlərin vaxtı bəlli olub.
Futbolinfo.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, əvvəlcə yerli komandanın baş məşqçisi Vasili Saçkonun mətbuat konfransı keçiriləcək. O, saat 19:00-da media mənsublarının önünə çıxacaq. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə saat 20:30-da jurnalistlərin suallarını cavablandıracaq. Hər iki mətbuat konfransı oyunun keçiriləcəyi Aleksey Butovski adına "Vorskla" stadionunda olacaq.
Mətbuat konfransının ardından “Qarabağ” ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq. "Vorskla"nın məşqi isə saat 13:15-də klubun bazasında olacaq.
“Vorskla” – “Qarabağ” matçı noyabrın 8-də, saat 00:00-da başlayacaq.
Komandalar arasında Bakıda baş tutan ilk oyun Poltava təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…