Premyer-liqa
Abasovla ilk, tarixdə 30-cu: 10-cu dəfə qolsuz
Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunda &ldquo…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunda “Səbail”lə qolsuz heç-heçə edən “Zirə” 30-cü sülhə imza atıb.
Futbolinfo.az xəbər verir ki, bu, komandanın Premyer Liqadakı 102-ci oyununa təsadüf edib. “Qartallar” 2015/16 mövsümündə 11, 2016/17 mövsümündə 9, ötən çempionatda 8 dəfə meydanı 1 xalla tərk etmişdisə, cari turnirdə 2-ci dəfə bərabərliklə kifayətlənib. Bu heç-heçələrdən 14-ü evdə, 16-sı səfərdə qeydə alınıb.
“Zirə” ilk dəfə baş məşqçisi Samir Abasovun rəhbərliyi altında heç-heçə edib. Əvvəlki 29 heç-heçədən 15-i Ayxan Abbasov, 14-ü Adil Şükürovun çalışdırıcılıq dövründə qeydə alınıb.
“Zirə” üç müxtəlif hesablı heç-heçə edib. 16 dəfə 1:1, 4 dəfə 2:2 hesabına imza atan komanda 10-cu dəfə meydanı qolsuz bərabərliklə tərk edib. Əvvəlki qolsuz matçlardan 6-sı 2015/16, 1-i 2016/17, 2-ci 2017/18 mövsümündə gerçəkləşib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Dünya futbolu2024-04-19 17:27
“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib