Dünya futbolu
Təbriz klubundan doğma meydanda heç-heçə
Futbol üzrə İran çempionatında 11-ci turun oyunları ke…
Futbol üzrə İran çempionatında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti oyununu keçirib.
Təbriz klubu doğma meydanda “İstiqlal”la qarşılaşıb. Bu oyunda 90 dəqiqə ərzində qapılara qol vurulmayıb – 0:0.
Xatırladaq ki, Cənubi Azərbaycanın daha məşhur “Traktorsazi” klubu isə hesabat turunda səfərdə “Peykan”a 2:1 hesabıyla qalib gəlib.
11 turdan sonra “Traktorsazi” 19 xalla 16 iştirakçı arasında 3-cü, “Maşinsazi” isə 11 xalla 10-cudu.