Bizi izləyin

Ölkə futbolu

Şust: “Qarabağ”a qarşı açıq futbol oynamaq böyük səhv olar”

Avropa Liqasında qrup mərhələsinin 4-cü turu çər&cced…

blank

Avropa Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq Ukraynanın “Vorskla” klubunun qapıçısı Boqdan Şustun futbolinfo.az-a müsahibəsi:

– “Qarabağ”la növbəti oyuna hazırsız?
– Bizi çox çətin qarşılaşma gözləyir. Bakıda artıq üz-üzə gəlmişik. Təsəvvürümüz var ki, necə rəqibə qarşı oynayacağıq. Buna görə də rəqibin oyun üslubuna bələdik. Məşqçi heyəti bizə daha ətraflı başa salacaq ki, necə oynamaq lazımdı. Sabah həqiqətən maraqlı qarşılaşma olacaq. 

– Bakıdakı oyunda qalib gələcəyinizi gözləyirdiniz?
– Biz həmişə meydana maksimum nəticə üçün çıxırıq. “Qarabağ”la oyun da bu qarşılaşmalardan biri idi. “Qarabağ” elə rəqibdi ki, ona qarşı açıq futbol oynamaq olmaz. Biz müdafiədə daha inamlı oynayıb əks-hücumlarda qol vurmaq taktikasının seçdik. Düşünürəm ki, bu işimizə yaradı və bizə 3 xal qazandırdı. Azərbaycan təmsilçisinin gücü ortadadı və onlara qarşı belə oynamaq lazım idi. 

– Məsələn, “Qarabağ”ın hansı oyunlarına baxıb bu taktikanı seçmişdiniz?
– Ötən il Çempionlar Liqasında yaxşı təsir bağışlamışdılar. Bu il də təsnifatda və qrupda yaxşı oyun göstərə biliblər. Ümumiyyətlə, Avropada çox təcrübəsi olan komandalara qarşı oynamaq asan deyil. “Qarabağ” da bu rəqiblərdən biridi. Düzdür, ötənilki ilə müqayisədə heyət dəyişib. Amma yenə də komanda gücünü qoruyur. Bizim də bir çox suallarımız var. 

– Bakıdakı qələbə sizi qrupdan çıxmaq baxımından ümidləndirib?
– Bizim uğur qazanmaq istəyən böyük bir heyətimiz var. Bacardığımız qədər meydanda mübarizə aparmaq istəyirik. Lakin belə böyük turnirlərdə kifayət qədər təcrübəmizin olmaması ziyanımıza işləyən amildi. Amma əzmkarlığımıza güvənirəm. 

– “Qarabağ”la oyun sizin üçün bu baxımdan çox vacibdi?
– Poltavada şanslar 50-50-yə olacaq. “Qarabağ”la matç bizim üçün vacib olsa da, rəqibin təcrübəsi və gücü var. Azərbaycan klubu fərdi keyfiyyətli usta futbolçulardan qurulmuş kollektivdi. Belə komandalarla oyunda 100 faiz qalib gələcəyini demək mümkün deyil. Çalışacağıq ki, şanslarımızı artırmaq üçün 3 xalı əldə edək. 

– “Qarabağ” Bakıdakı oyunda tam gücünü ortaya qoya bildimi? 
– Onların oyun üslubunu əvvəlcədən bilirdik. Yəni matçları izləmişdik və bilirdik ki, Ağdam klubu topla daha çox davranacaq. Onlara uyğun davrandıq. Taktikamız tamamilə rəqibin oyununu zərərsizləşdirməyə hesablanmışdı və alındı. Baxımlı futbol üçün açıq oyun göstərsəydik, böyük səhv edərdik.

– Qələbənizi həm də rəqib qapıçı Vaqnerin hesabına yaza bilərsiniz…
– Heç bir qapıçı bu cür səhvlərdən sığortalanmayıb. Amma burada Avropa Liqası üçün düzəldilən topların keyfiyyətini də nəzərə almaq lazımdı. Qapıçılar üçün çox əlverişsiz toplardır. Ani olaraq öz trayektoriyasını dəyişə bilirlər. Bu da bizə çox çətin olur.

AĞA

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-20 01:55

PSJ-dən mövsümün son matçında inamlı qələbə

blank
Dünya futbolu2024-05-20 01:34

“İnter”dən “Latsio” ilə heç-heçə

blank
Dünya futbolu2024-05-20 00:29

“Real”dan məhsuldar heç-heçə, “Barselona”dan darmadağın

blank
Dünya futbolu2024-05-19 23:50

“Qalatasaray” “Fənərbaxça”ya evdə uduzdu, çempionluq son tura qaldı

blank
Digər idman növləri2024-05-19 23:00

Final seriyasında ümumi hesab bərabərləşdi

blank
Dünya futbolu2024-05-19 22:33

“Mançester Siti”dən 10-cu çempionluq!

blank
Digər idman növləri2024-05-19 21:58

Avropa çempionatında iştirak edəcək heyət açıqlandı

blank
Digər idman növləri2024-05-19 21:27

Azərbaycan millisi ikinci oyununda da məğlub oldu

blank
Əvəzedicilər2024-05-19 21:07

“Zirə”nin əvəzedicilərindən Gəncədə inamlı qələbə

blank
Ölkə futbolu2024-05-19 20:44

Kapitana 250 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-05-19 20:00

“Araz-Naxçıvan” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-05-19 19:21

“Sabah”ın U-14 komandası Türkiyədə çempion oldu

blank
Premyer-liqa2024-05-19 19:00

“Daha çox qol vura bilərdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-19 18:28

“Ən zəif oyunlarımızdan biri idi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-19 17:57

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm