Ölkə futbolu
“Qəbələ” “Herta”ya doğma meydanda uduzdu
Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda 2-ci …
Bu gün UEFA Gənclər Liqasının Çempionlar yolunda 2-ci mərhələnin ilk oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qəbələ” Almaniyanın “Herta” komandası ilə qarşılaşıb.
Qəbələdə baş tutan görüşdə qapılara bütövlükdə 4 qol vurulub. Qələbəni isə qonaqlar bayram ediblər.
Bu komandalar arasında cavab matçı isə noyabrın 28-də Berlində keçiriləcək. Qalib komanda pley-off mərhələsinə yüksələcək.
“Qəbələ” 1-ci mərhələdə Moldova “Şerfi”ini mübarizədən kənarlaşdırıb – 1:1, 3:1.
UEFA Gənclər Liqası
Çempionlar yolu
2-ci mərhələ, ilk oyun
7 noyabr
Qəbələ – Herta 1:3
Qol: Əli Sadıxov, 88 – Məhəmməd Kiprit, 65. Cesik Nqankam, 71. Ruven Vertmüller, 85.
Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)
Hakim-inspektor: Frits Stuxlik (Avstriya)
Qəbələ şəhər stadionu
Qəbələ: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev, 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. Abbas Ağazadə, 11. Samir Qurbanov, 15. İdris İnqilablı, 16. Veysəl Rzayev, 17. Məhəmməd Məhərrəmov
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov, 9. Əli Mürsəlov, 10. Təbriz İsazadə, 13. Nicat Əliyev, 14. Xəyal Muradov, 18. Nicat Oruclu
Baş məşqçi: Emin İmaməliyev
Herta: 1. Luis Klatte, 9. Cesik Nqankam (k), 10. Miralem Ramiç, 17. Castin Veber, 18. Maksimilian Qurşke, 19. Yulian Albrext, 24. Matias Kastrati, 31. Soni Ziemer, 33. Florian Baak, 35. Florian Krebs, 36. Məhəmməd Kiprit
Ehtiyat oyunçular: 12. Florian Palmovski, 6. Tarık Gözüşirin, 8. Yonas Mixelbrink. 14. Ruven Vertmüller, 16. Pol Krüger, 21. Elias Tamim
Baş məşqçi: Mixail Hartman
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…