Ölkə futbolu
“Səfərdə yaxşı oyunla yaxşı nəticə qazanmağa çalışacağıq”
UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsi…
UEFA Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Herta” matçından (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Emin İmaməliyevin mətbuat konfransı keçirilib.
Futbolinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis komandasının məğlubiyyətini belə şərh edib:
“Almaniya çempionuna qarşı oynayırdıq. Rəqibin oyununu təhlil etmişdik. Bilirdik ki, hücum futbolu oynayıb, rəqibini meydanın ona aid hissəsində təzyiq altında saxlamağa üstünlük verən komandadır. Qarşılaşmanın ilk yarısında yaxşı oynadıq. Rəqibə heç bir imkan vermədik. Fasilədən sonra öz səhvlərimizdən üç qol buraxdıq. Ümumilikdə komanda əlindən gələni etdi. Cavab matçına daha yaxşı hazırlaşıb, rəqibi yenə analiz edəcəyik. Səfərdə yaxşı oyun nümayiş etdirməyə, yaxşı nəticə qazanmağa çalışacağıq. Bilirik ki ağır olacaq. Amma futbolda mümkünsüz heç nə yoxdur. Penaltini kimin vuracağı əvvəldən müəyyənləşdirilir. İstənilən futbolçu, hətta ulduz oyunçular da 11 metrlik cərimə zərbəsini qaçıra bilər. Təbii ki həmin epizodda qol olsaydı, matçın axarını dəyişə bilərdik. Biz futbolçuya dəstək olmalıyıq ki növbəti matçlarda özünə daha çox inansın. Bir daha vurğulayım ki, Almaniya çempionuna qarşı oynayırdıq. Onların və bizim mübarizə apardığımız çempionatlar, qarşılaşdığımız rəqiblər arasında fərq var. Buna baxmayaraq rəqib meydanında ilk oyundakından daha çox mübarizə aparacağıq”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…