Dünya futbolu
Arşavin karyerasını başa vurdu
Müasir Rusiya futbolunun əfsanələrindən sayılan Andrey Arşa…
Müasir Rusiya futbolunun əfsanələrindən sayılan Andrey Arşavin karyerasını başa vurub.
Futbolinfo.az xəbər verir ki, bunu Arşavin özü bəyan edib. O, noyabrın 7-də “Kayrat”ın azarkeşlərinin suallarını cavablandırarkən, karyerasını bitirdiyini elan edib. 37 yaşlı futbolçu bundan sonra futbolda qalmaq istədiyini də vurğulayıb:
“Əlbəttə, istəyirəm ki, futbolda məşqçi kimi qalım. Ancaq daha əvvəl də dediyim kimi, bu, mənim üçün çətin olacaq”.
Arşavinin karyerasında son oyun noyabrın 11-də Karaqanda “Şaxtyor”u ilə keçiriləcək qarşılaşma olacaq.
Arşavin “Kayrat”da 2016-cı ildən çıxış edirdi.