Bizi izləyin

Müsahibə

“Azərbaycanda uşaq futbolu sürünür” – MÜSAHİBƏ

"Qəbələ" Futbol Akademiyasının baş məşqçisi H…

blank

"Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, U-19 komandasının UEFA Gənclər Liqasında Almaniya çempionu "Herta"ya məğlubiyyətini şərh edən türkiyəli mütəxəssis uşaq futbolundakı problemlərdən də söz açıb.

– Dünən "Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasının 2-ci mərhələsində Almaniya çempionu "Herta"ya 1:3 hesabı ilə uduzdu. Komandanın çıxışı barədə nə deyə bilərsiniz?
– Əvvəlcə onu deyim ki, göstərdiyimiz oyundan razı qaldım. Kifayət qədər baxımlı oyun alındı. Uşaqlarımız yaxşı mübarizə apardılar. Hesab 0:2 olarkən penaltidən yararlana bilmədik. Qol olsaydı, hər şey fərqli də başa çata bilərdi. Ancaq futbolçularımızın Almaniya çempionuna qarşı oynaması, beynəlxalq təcrübə qazanması bizim üçün dəyərli idi. Bizim üçün belə bir turnirdə oyunu udub-uduzmaq o qədər də önəmli deyil. Komandamız neçə dəfə Almaniya çempionu ilə oynayıb? Hər şeyi öz səyləri ilə etdilər. "Şerif"i keçdilər, bu oyuna vəsiqə qazandılar. Meydanda bərabər səviyyəli oyun getdi. Fərdi səhvlərdən məğlub olduq. Bundan sonra ediləsi bir şey yoxdur. Sevinirəm ki, azərbaycanlı uşaqlar "Herta" kimi komanda ilə oynaya biləcək gücdə olduqlarını hamıya göstərdilər. 

– Turu keçmək şanslarını necə dəyərləndirirsiniz? Yəqin, siz də razılaşarsınız ki, çox çətin olacaq.
– Əlbəttə, çox çətin görünür. Çünki qarşınızdakı çox səviyyəli komandadır. Amma futbolda mümkünsüz heç nə yoxdur. Bizim də yaxşı futbolçularımız var. Təbii ki, gedib səfərdə onları udmaq çox çətin olacaq. Turu keçmək üçün ən azı 3 qol vurmalıyıq. Açığı, ümidsiz deyiləm. 3 qol vurmasaq da, onları udub gələ bilərik.

– Ümumiyyətlə, "Herta" kimi komandaları məğlub etmək üçün bizə çoxmu vaxt lazımdır?
– Baxın, indi bu işə girsək, içindən çıxa bilmərik. Əvvəlcə AFFA-dan, onun təşkil etdiyi liqalardan, səviyyədən danışmalıyam. Bilirsiniz ki, hazırda Azərbaycanda cəmi bir futbol akademiyası var. Biz harda oynayırıq? Azərbaycan liqasında. Gəlin, bizim aşağı liqalarda oynadımız oyunlara baxın. İnandırım sizi ki, matç 23:0 bitir. Sizcə, belə oyun, hesab olar? Təsəvvür edin, qarşınızdakı komandanın səviyyəsi o qədər aşağıdır ki, futbolçularımız qol vurandan sonra sevinmirlər. Əvvəlcə bu səviyyəni yüksəltməlisən. Yalnız bu halda beynəlxalq turnirlərdə uğurlu çıxış edə bilərsən. Almaniya liqasında oynasaq, bizim uşaqlarımızın da səviyyəsi yüksək olar. Yəni, burada istedadlı futbolçunun da səviyyəsini artırmaq şansımız yoxdur. Yalnız öz liqalarımızda rəqabət artarsa, Avropa klubları ilə eyni sırada ola bilərik. Bunu isə AFFA etməlidir.

– Əslində bununla bağlı sual verəcəkdim, sadəcə, siz məni bir az qabaqladınız. Uşaq futbolundakı problemləri necə aradan qaldırmaq olar? Sizcə, yalnız liqalarda rəqabəti artırmaqla bu, mümkündürmü?
– Əvvəlcə aşağı liqalarda çıxış edən komandalara yaxşı meydançalar, təlimatçılar vermək, onları futbola aid hər şeylə təmin etmək lazımdır. Amma etmirlər. Ona görə də uşaq futbolu sürünür. Bu, olduqca genişmiqyaslı və uzunmüddətli prosesdir. Qısa vaxt ərzində həll olunası məsələ deyil. Planlı şəkildə bunu çox rahat həyata keçirmək olar. Hər şey AFFA-nın öz əlində olsa da, bunu nədənsə etmir. Oynadığımız meydança və komandaların çox problemlidir.

– AFFA-da uşaq futboluna Bernhard Lippert nəzarət edir. Almaniyalı mütəxəssis başda olmaqla, federasiyadan oyunlarınıza gələn, aşağı liqalarla maraqlanan olurmu?
– 11 ildir Qəbələdəyəm, Lipperti burada çox az görmüşəm. Amma dünən burada olmalı idi. Çünki çox vacib oyuna çıxmışdıq. Gəlib azərbaycanlı uşaqları iş başında görmək, onların vəziyyəti ilə maraqlanmaq lazım idi. Şəxsən mən görmürəm. Hərdən yalnız Bakıdakı oyunlara gedirlər. Məncə, rayonların heç birinə getmirlər.

– Gənclər Liqasını "Şerif"i mübarizədən kənarlaşdırıb tarixi uğur qazandığınız oyundan sonra AFFA-dan kimsə zəng vurub təbrik etdmi?
– Yox. Elxan Məmmədov, sadəcə, klubun vitse-prezidenti Fariz Nəcəfova zəng vurub təbrik etmişdi. Ancaq başqa cür münasibət gözləyirdim. Ən azından oyuna gəlib, futbolçulara dəyər verildiyini göstərmək olardı. AFFA-dan bu oyuna təyinat alanlardan başqa heç kim gəlmədi. Bu uşaqlar bizim gələcəyimizdir. Sabah milli komandada oynayacaqlar. Onlara dəyər verdiyimizi göstərməliyik ki, hansısa yerlərə gəlib çıxa bilsinlər.Ancaq heç kim bunu göstərmir.

– İstər nəticə, istərsə də başqa səbəblərdən "Qəbələ"nin əsas komandasında müəyyən problemlər oldu. Bu, akademiyaya necə təsir etdi?
– Həm maddi, həm də mənəvi tərəfdən bizə heç bir təsiri olmadı. Eyni qaydada yolumuza davam edirik.

– Bu gün "Qəbələ"nin aşağı yaş qruplarında kifayət qədər istedadlı futbolçular var. Necə düşünürsünüz, bir müddətdən sonra onlar da itib-batmayacaqlar?
– Bu, bizim əlimizdə olan məsələ deyil. Hazırda aşağı yaş qrupları üzrə milli komandaların əsasını "Qəbələ"li futbolçular təşkil edir. Nəyin necə olacağını gələcək göstərəcək. Bir çox istedadlı futbolçunun itib-batdığını da gördüm, orta səviyyəli futbolçunun illərdir oynadığını da. A komandada bu uşaqlara şans verilsə, yolları açıq olar, Azərbaycan futboluna qazandırılar. Ümid edək ki, hər şey istədiyimiz kimi olar və bir neçə ulduz futbolçumuza Avropada çıxış etmək qismət olar.

– Əvvəllər "Qalatasaray"ın da akademiyasında işləmisiniz. Bu komandada Arda Turan, Əmrə Çolak, Semih Kaya kimi futbolçular yetişdirmisiniz. Hazırda "Qəbələ"də belə istedadlı uşaqlar varmı?
– İnanırsınız, Ardadan, Əmrədən daha istedadlı futbolçularımız var. Amma bayaq sadaladığımı səbəblərə görə özlərini inkişaf etdirə bilmirlər. Ən əsası, rəqabət olmalıdır. Azərbaycan liqalarında isə bu, yoxdur. Türkiyənin aşağı liqalarında isə var. Yaxşı futbolçu yetişdirmək üçün rəqabət olmalıdır. 23:0 hesabı ilə qalib gələn futbolçudan nə gözləmək olar? Özünü çox güclü hesab edir, mübarizə aparmır, bacarığını tam göstərə bilmir. İnkişaf üçün yalnız istedad kifayət etmir. Bütün bunlar bir araya gəlməlidir ki, ortaya nəsə çıxara biləsən (qol.az).

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-20 01:55

PSJ-dən mövsümün son matçında inamlı qələbə

blank
Dünya futbolu2024-05-20 01:34

“İnter”dən “Latsio” ilə heç-heçə

blank
Dünya futbolu2024-05-20 00:29

“Real”dan məhsuldar heç-heçə, “Barselona”dan darmadağın

blank
Dünya futbolu2024-05-19 23:50

“Qalatasaray” “Fənərbaxça”ya evdə uduzdu, çempionluq son tura qaldı

blank
Digər idman növləri2024-05-19 23:00

Final seriyasında ümumi hesab bərabərləşdi

blank
Dünya futbolu2024-05-19 22:33

“Mançester Siti”dən 10-cu çempionluq!

blank
Digər idman növləri2024-05-19 21:58

Avropa çempionatında iştirak edəcək heyət açıqlandı

blank
Digər idman növləri2024-05-19 21:27

Azərbaycan millisi ikinci oyununda da məğlub oldu

blank
Əvəzedicilər2024-05-19 21:07

“Zirə”nin əvəzedicilərindən Gəncədə inamlı qələbə

blank
Ölkə futbolu2024-05-19 20:44

Kapitana 250 nömrəli forma təqdim olundu

blank
Premyer-liqa2024-05-19 20:00

“Araz-Naxçıvan” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-05-19 19:21

“Sabah”ın U-14 komandası Türkiyədə çempion oldu

blank
Premyer-liqa2024-05-19 19:00

“Daha çox qol vura bilərdik” – Sxadadze

blank
Premyer-liqa2024-05-19 18:28

“Ən zəif oyunlarımızdan biri idi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-19 17:57

“Qəbələ” “Araz-Naxçıvan”a da qalib gəldi

blank
Digər idman növləri2024-05-19 17:39

Azərbaycan cüdoçularından DÇ-yə uğursuz start

blank
Digər idman növləri2024-05-19 17:20

“Gəncə”də yeni voleybolçu

blank
Dünya futbolu2024-05-19 17:00

“Yuventus”un müvəqqəti baş məşqçisi bəlli olub

blank
Əvəzedicilər2024-05-19 16:42

Əvəzedicilərin yarışında 35-ci turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-05-19 16:25

Teves baş məşqçisi olduğu klubdan ayrıldı

blank
Digər idman növləri2024-05-19 16:06

“İlk qarşılaşmadan sonrakı yorğunluq sözünü dedi”

blank
Digər idman növləri2024-05-19 15:49

Universitet tələbələri yarışdı

blank
Digər idman növləri2024-05-19 15:30

Sinner məşqlərə başladı

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm