Ölkə futbolu
Haldorssonu xoşbəxt edən oyun
"Çox çətin qarşılaşma oldu. Biz döyü?…
"Çox çətin qarşılaşma oldu. Biz döyüşdük. Meydança donmuşdu, bunu özünüz də gördünüz. Düzdü, soyuq havada oynamaq mənim üçün çətin deyildi. Sadəcə, soyuq havada top sürətlə gəlirdi, bu, çətinlik yaradırdı. Biz hər dəqiqə mübarizə aparmaq məcburiyyətində idik. Komandamızla fəxr edirəm" – bu sözləri "Qarabağ"ın qapıçısı Hannes Haldorsson Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə "Vorskla"ya qalib gəldikləri matçı dəyərləndirərkən deyib.
İslandiyalı qapıçı öz oyunundan danışıb, qapısını toxunulmaz saxladığı üçün xoşbəxt olduğunu bildirib: "Oyununun nəticəsi bizim üçün yaxşı oldu. "Çərçivə” qoruyucusunun əsas vəzifəsi qapısının toxunulmazlığını saxlamaqdır. Əgər qol buraxmamışıqsa, deməli, vəzifəmi yaxşı yerinə yetirmişəm. Bu, məni xoşbəxt edir. Qapımızı toxunulmaz saxlamaqla yaxşı iş görmüş oldum. Bu, mənim üçün önəmli oyun oldu. Çünki Avropa Liqasının qrup mərhələsində ilk qarşılaşmam idi. Qələbə qazanmaq üçün əlindən gələni əsirgəməyən komanda yoldaşlarıma təşəkkür edirəm".
Hannes, "Vaxtı ilə rejissor kimi çalışmısan. Bu oyun haqda film çəksən, hansı məqamı daha çox irəli çəkərsən" sualına belə cavab verib: "Ehtiras, partlayış, mübarizə və ən sonda xoşbəxt sonluq".